Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: TDT

TDT üzv dövlətlərinin ədliyyə nazirləri Bakıda görüşdü - FOTO

Noyabrın 20-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ədliyyə nazirləri Bakıda keçirilən toplantı çərçivəsində bir araya gəliblər. Primeinfo.az xəbər verir ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, Şəhidlər xiyabanında və Zəfər parkında olub, şəhidlərimizin xatirəsini anıblar. Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə baş tutan iclasda Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç, Özbəkistan Respublikasının ədliyyə naziri Əkbər Taşkulov, Qazaxıstan Respublikasının ədliyyə naziri Yerlan Sarsembayev, Qırğız Respublikasının ədliyyə nazirinin müavini İsgəndər Sıdıqalıyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.

Türk Qızıl Aypara Şəbəkəsinin iclasında “Bakı bəyannaməsi” imzalandı

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) XI Zirvə Görüşündə təsdiq edilmiş Türk Qızıl Aypara Şəbəkəsinin (TQŞ) yüksək səviyyəli toplantısı keçirilib. Primeinfo.az xəbər verir ki, Türk Qızıl Aypara Şəbəkəsinə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın milli cəmiyyətləri daxildir. Tədbirə Türkmənistan və Şimali Kipr Qızıl Cəmiyyətləri müşahidəçi qismində qatılıb.

Bakıda TDT ölkələrinin QHT-lərinin həmrəylik forumu keçiriləcək

Bakıda ilk dəfə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb. Noyabrın 23-dən 26-na kimi davam edəcək forum çərçivəsində “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü”, “WUF13-ə doğru – Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunacaq.

Xilas edilənlərlə bağlı xəbəri gözləyirik - TDT

Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Ankaraya başsağlığı verib. Primeinfo.az xəbər verir ki, bu barədə təşkilatın X hesabındakı paylaşımında bildirilib. “Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması barədə xəbəri kədər hissi ilə öyrəndik.

TDT baş katibi Azərbaycanı təbrik etdi

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş katib özünün “X” hesabında qeyd edib: “8 noyabr – Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsi zamanı Şuşanı azad edən və ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı və Silahlı Qüvvələrinin qəhrəmanlığına və birliyinə iftixarla dərin hörmətimi bildirirəm”.   On the occasion of 8 November – Victory Day, I proudly honor the heroism and unity of the Azerbaijani people and Armed Forces, who through the 44-Day Patriotic War ensured the liberation of Shusha and the restoration of territorial integrity and historical justice.🇦🇿#VictoryDay…

TDT Azərbaycanı təbrik edib

Türk Dövlətləri Təşkilatı (TDT) Zəfərin 5-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Primeinfo.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib. “44 günlük Vətən müharibəsində Şuşanın azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin edən Azərbaycan xalqının və Silahlı Qüvvələrinin nümayiş etdirdiyi qəhrəmanlıq və birlik ruhunu qürurla yad edirik”, – paylaşımda bildirilib.

TDT-nin veb-saytı bütün üzv ölkələrin ana dillərində yaradılıb

Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi veb-saytı artıq bütün üzv ölkələrin ana dillərində istifadəyə verilib. Primeinfo.az xəbər verir ki, bu barədə TDT-dən bildirilib. “Türk Dövlətləri Təşkilatı (TDT) rəsmi veb-saytının artıq bütün üzv ölkələrin ana dillərində istifadəyə verildiyini məmnuniyyətlə elan edir”, – məlumatda qeyd olunub.

Həsən Həsənov: "Türk dövlətlərinin tarixi qədim dövrdən yazılmalıdır"

  “Türk dövlətlərinin tarixi orta əsrlərdən deyil, qədim dövrdən etibarən yazılmalıdır”. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin TDT Ağsaqqallar Şurasında səlahiyyətli nümayəndəsi Həsən Həsənov qurumun Bakıda keçirilən 18-ci iclasından sonra jurnalistlərə açıqlamasında deyib. O, türk tarixinin qədim dövrdən yazılmasının daha məqsədəuyğun olması fikrini belə əsaslandırıb.