Türkiyənin ev sahibliyi ilə NATO ölkələrinin hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif dövlətlərdən gələn müşahidəçilərin iştirakı ilə “Nüsrət-2025 Dəvət Təlimi” keçirilir.
“Prezident İlham Əliyev hər dəfə çıxışında deyir ki, biz Türk dünyasına, Türk ailəsinə aidik. Bizim başqa ailəmiz yoxdur. Çünki o, bir dövlət başçısı, bu ölkənin yönəticisi kimi hər şeyi daha aydın görür”.
Əfqanıstan və Pakistan nümayəndələri sərhəd böhranının həlli yollarını və oktyabrın 19-da Dohada əldə edilən atəşkəsin qorunması üçün şərait yaratmaq məqsədilə İstanbulda görüş keçirirlər. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi Əfqanıstan hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb. Məlumata görə, bu görüşdə Əfqanıstan nümayəndə heyətinə daxili işlər nazirinin müavini Hacı Nəcib rəhbərlik edir.
Türkiyə 2027–2028-ci illər üzrə Beynəlxalq Nəqliyyat Forumuna (BNF) sədrliyi öz üzərinə götürüb. Primeinfo.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın sədrliyi çərçivəsində Bakıda keçirilmiş BNF-nin IV rüb iclasında bildirilib. Məlumata görə, eyni zamanda paytaxtda Nəqliyyatın İdarə Olunması Şurasının görüşü də baş tutub.
Türkiyə Suriyaya səfir təyin edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Nuh Yılmaz təyinat alıb.
Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş TÜRKPA-nın Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. TÜRKPA-dan Primeinfo.az-a bildirilib ki, Numan Kurtulmuş vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə Ramil Həsənə təbriklərini çatdırıb, ona uğurlu və effektiv fəaliyyət arzu edib. Görüşdə türk dövlətlərinin Xarici İşlər nazirlikləri ilə əməkdaşlığın gücləndirilməsi, Türk Dövlətləri Təşkilatı ilə yeni əməkdaşlıq mexanizminin həyata keçirilməsi, assambleya çərçivəsində müxtəlif beynəlxalq parlament təşkilatları çərçivəsində milli parlamentlərin nümayəndə heyətlərinin koordinasiyasının gücləndirilməsi, türk dövlətləri arasında ortaq əməkdaşlığın qorunması və möhkəmləndirilməsi istiqamətində TÜRKPA-nın gələcək fəaliyyətinə dair müzakirələr aparılıb.
“Türkiyə Qəzzada atəşkəsin əldə edilməsi üçün əlindən gələni etməkdə davam edir”.
Omanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heytəm bin Tariq Əl Səidlə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, görüş zamanı Türkiyə ilə Oman arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Türkiyə “Eurofighter” döyüş təyyarələrinin alınması üçün səylərini davam etdirir. Primeinfo.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, Böyük Britaniya ilə aparılan müzakirələr nəticəsində müsbət addımlar atılıb və məqsəd satınalma prosesini müəyyən müddət ərzində başa çatdırmaqdır: “Müqavilə mərhələsi başladıqda rəsmi məlumat veriləcək.
“Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTR) prezident seçkiləri ilə bağlı səsvermədə çox az vətəndaş iştirak edib. Kipr türklüyün taleyini bu nəticə ilə təmsil edə bilməz”.