Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyə bayraqları ilə Qəzzaya girdilər

Humanitar Yardım Fondunun təşkil etdiyi və Türkiyə bayraqları ilə bəzədilmiş yardım konvoyu Qəzza şəhərinə daxil olub. Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Konvoyda əsasən ərzaq, tibbi ləvazimatlar və infrastrukturun bərpası üçün lazım olan materiallar var”, – məlumatda bildirilib.

Türkiyədə 2 sərnişin avtobusu toqquşub: 12 yaralı

Türkiyənin Sinop vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, Sinop-Samsun magistral yolunda iki sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Türkiyədə 8 məşhurun narkotik ​​testi müsbət çıxdı - ADLAR

İstanbulda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat çərçivəsində ifadələri alınan 12 tanınmış şəxsdən 8-nin qan və ya saç nümunələrində narkotik maddə aşkar edilib. Primeinfo.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın analiz nümunələrində narkotik maddə tapılıb.

Ərdoğan: "Dünyanın 2-ci ən böyük nadir torpaq elementləri ehtiyatına sahibik”

“Türkiyə dünyanın ikinci ən böyük nadir torpaq elementləri ehtiyatına sahibdir”. Primeinfo.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı ölkəsinin nadir torpaq elementləri və nüvə enerjisi sahəsində strateji planlarından danışıb.

Putin Türkiyəni təhdid edib? - AKP-dən AÇIQLAMA

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Rusiya Prezidenti Vladimir Putinin ölkəsini təhdid etməsi ilə bağlı xəbəri şərh edib. Primeinfo.az xəbər verir ki, o, partiyanın idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında bu iddiaların həqiqətə uyğun olmadığını bildirib. “Putin Türkiyəni təhdid etməyib.

Türkiyədə saxlanılan məşhur cütlüyün analiz cavabları AÇIQLANDI - VİDEO

Türkiyədə İstanbul Jandarma Komandanlığının Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən məşhurlara qarşı narkotikdən istifadəni təşviq etməkdə ittiham üzrə istintaq davam edir. Primeinfo.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, istintaq çərçivəsində saxlanılan məşhurlar qan analizi verdikdən və ifadələri alındıqdan sonra sərbəst buraxılacaqlar. Məşhur sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polatın vəkili Sevinç Orazın sözlərinə görə, istintaq işi ilə bağlı məxfilik qərarı verilib.

TDT-nin 13-cü Zirvəsi Türkiyədə, Qeyri-rəsmi görüşü isə Qazaxıstanda keçiriləcək

Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü 2026-cı ildə Türkiyədə, Qeyri-rəsmi Zirvə Görüşü isə Qazaxıstanda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunu olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsində əks olunub. Vurğulanıb ki, bu barədə məsələ oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində Azərbaycan, Qazax, Qırğız, Türk və Özbək dillərində təsdiqlənib.

Türkiyədə yenə zəlzələ oldu

Türkiyə bu gün yenidən silkələnib. Primeinfo.az xəbər verir ki, bu barədə qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, Türkiyənin Tekirdağ vilayətinin Marmaraereğlisi sahilləri yaxınlığında 3,5 bal gücündə zəlzələ qeydə alınıb.

Türkiyədə FETÖ əməliyyatı: 64 nəfər tutuldu - VİDEO

“Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyatlarda 91 nəfər şübhəli saxlanılıb, onlardan 64 nəfəri həbs edilib”. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya “X” platformasında məlumat verib. Nazirin sözlərinə görə, Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatlar son iki həftə ərzində Türkiyənin 30-a yaxın şəhərini əhatə edib.