Türkiyə təyyarəsinin “qara qutu”ları açıldı - Araşdırma həftəsonu yekunlaşacaq
Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus “C-130” tipli hərbi-nəqliyyat təyyarəsinin “qara qutu”larının analizi bu həftə yekunlaşacaq.
Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus “C-130” tipli hərbi-nəqliyyat təyyarəsinin “qara qutu”larının analizi bu həftə yekunlaşacaq.
Türkiyə Şimali Kipr Türk Cümhuriyyətini heç vaxt tək qoymayacaq. Primeinfo.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 42-ci ildönümü ilə bağlı təbrik mesajında bildirib. “Milli mübarizəmiz Kipri heç vaxt tək qoymayacaq və Kiprin Türk xalqı ilə həmrəyliyimizi hər sahədə gücləndirməyə davam edəcəyik”, – Türkiyə lideri qeyd edib.
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, məlumatı AFAD yayıb. Bakı vaxtı ilə saat 4:04-də baş verən zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Gürcüstanda qəzaya uğrayan C-130 yük təyyarəsində həlak olan 20 hərbçi üçün Mürted Hava Bazasında hərbi mərasim keçirilir.
Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Ankarada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankinlə məsləhətləşmələr aparıb. Primeinfo.az xəbər verir ki, görüşdə iqtisadi və maliyyə institutlarındakı vəziyyət, xüsusilə də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), G20 və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər həmçinin enerji və əmtəə bazarlarındakı son vəziyyət, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb.
Türkiyənin tanınmış müğənnisi Muazzez Abacı ötən gün ABŞ-də vəfat edib. Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhum müğənninin təxminən 50 milyard 700 milyon lirə (2 milyard 38 milyon manat) sərvətinin olduğu bildirilir. Abacının Tuzlada bir villası, Kuzquncuk və Şişlidə mənzilləri, bank hesablarında böyük məbləğdə nağd pul və iki avtomobilinin olduğu qeyd olunur
Türkiyəyə məxsus yanğınsöndürən təyyarə qəzaya uğrayıb.
Avropa İttifaqı Türkiyəyə ilk hərbi müşavir təyin edib. Primeinfo.az xəbər verir ki, bu barədə mənbələr “Middle East Eye”a bildirib. Qeyd edilib ki, Avropa İttifaqı bu ayın əvvəlində ilk dəfə olaraq Türkiyədəki missiyasına hərbi müşavir təyin edib.
Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Türkiyə hərbçilərinin cənazələri bu gün Tbilisinin Şota Rustaveli hava limanından Türkiyəyə göndərilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr məsələsinin bu günədək həllini tapmamasının əsas səbəbini açıqlayıb. Primeinfo.az xəbər verir ki, Ərdoğan bildirib ki, Rum tərəfinin Kipr türklərinin bərabər beynəlxalq statusunu qəbul etməməsi adada problemli vəziyyətin hökum sürməsinə səbəb olub. “Kipr məsələsinin bu günədək həll olunmamasının kökündə Rum tərəfinin Kipr türklərinin bərabər beynəlxalq statusunu rədd etməsi dayanır”, – Ərdoğan vurğulayıb.