Türkiyədə meşə yanğınları ilə könüllü şəkildə mübarizə aparan və yanğında həlak olan şəxslər şəhid sayılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib. Qeyd edib ki, meşə yanğınlarıyla mübarizə könüllülərinə dair yeni dəyişikliklər qüvvəyə minib.
Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Misirin “MBC Masr” kanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. “Fələstin Dövlətinin qurulması üçün çalışacağıq. Bu, regional sülh üçün vazkeçilməzdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla görüşüb. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, görüş Ankarada baş tutub. Mətbuata qapalı keçirilən danışıqlarda Türkiyənin XİN rəhbəri Hakan Fidan da iştirak edib.
Türkiyəyə tədarük edilən Rusiyanın S-400 zenit-raket kompleksləri ordunun xidmətində qalır və onlarla bağlı mövqedə heç bir dəyişiklik olmayıb.
Türkiyənin tanınmış aktyoru Sinan Tuzcunun Hancıoğlu ailəsinin hekayəsindən bəhs edən “Abi” serialının heyətinə qatılacağı gözlənilir. Primeinfo.az bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir. Onun Doğan Hancıoğlunun böyük qardaşı “Sinan” obrazına dəvət aldığı bildirilir.
Baş nazir Nikol Paşinyan Ermənistana giriş-çıxış möhüründən Ağrı dağının təsvirinin çıxarılması qərarının verilməsinə münasibət bildirib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, jurnalistlərlə söhbətində Paşinyan deyib ki, bu qərarın verilməsinin Türkiyənin xüsusi nümayəndəsinin Ermənistana ötən həftə baş tutmuş səfərilə əlaqəsi yoxdur. “Ümumiyyətlə, belə bir məsələ heç bir Ermənistan-Türkiyə danışıqlarında müzakirə olunmayıb və müzakirə oluna bilməz”, – Paşinyan deyib.
Türkiyədə İŞİD-ə qarşı növbəti böyük əməliyyat həyata keçirilib. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” hesabında bildirib. Qeyd edib ki, İŞİD terror qruplaşmasının üzvü olan, təşkilatla əlaqəli saxta yardım qurumlarını maliyyə vəsaiti ilə təmin edən və sosial media hesabları üzərindən onun təbliğatını aparan 51 şübhəli jandarma tərəfindən saxlanılıb.
Türkiyənin “Ben Leman” serialının aktyor heyətinə daha bir yeni sima daxil olub. Primeinfo.az xəbər verir ki, ekran işində gənc aktyor Samet Kaan Kuyucu rol alacaq. O, layihədə “Leman”ın qardaşını – “Ekin” obrazını canlandıracaq.
“Bu gün İranı sıradan çıxarsalar, növbəti hədəf Türkiyə olacaq”. Bunu Prime Tv-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində siyasi şərhçi Əli Mustafa bildirib. O, İranın qonşu ölkələrlə, eləcə də Azərbaycanla münasibətlərini şərh edib.
Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialının ssenari müəlliflərindən biri olan Merve Göntem polis tərəfindən saxlanılıb. Primeinfo.az bu barədə “TGRT Haber”ə istinadən xəbər verir. Məlumata görə, M.Göntem illər öncə sosial şəbəkə hesabında etdiyi paylaşıma görə saxlanılıb.