Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyədə minimum əməkhaqqı 27 faiz artırılıb

Türkiyədə 2026-cı il üçün minimum əməkhaqqı 28 min 75 tl (1114 manat) olub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin əmək və sosial təminat naziri Vedat Işıkhan məlumat verib. Nazir bildirib ki, ötən illə müqayisədə minimum əməkhaqqı 27 faiz artırılıb.

Türkiyədə ağır qəza: 13 nəfər xəsarət aldı

Türkiyədə yol qəzasında 13 nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki, hadisə Niğde şəhərində qeydə alınıb. Məlumata görə, xidməti avtobusla yük avtomobilinin toqquşması nəticəsində 13 nəfər yaralanıb.

İstanbuldan İrəvana birbaşa uçuşlar başlayır

Türk Hava Yolları (THY) gələn ildən İstanbuldan İrəvana müntəzəm uçuşlara başlayacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç “X”də bildirib. O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində daha yeni bir addımın atıldığını qeyd edib.

Türkiyədə məktəbli odlu silahla direktora xəsarət yetirib

Türkiyənin Mersin vilayətində orta məktəb şagirdi təhsil müəssisəsinin direktoru Ender Karuya tüfənglə atəş açıb. Primeinfo.az Report-a  istinadən xəbər verir ki, hadisə vilayətin Anamur rayonunda məktəb ərazisində baş verib. Məlumata görə, ötən həftə məktəb direktoru şagirdə velosipedlə təhsil müəssisəsinə gəldiyi üçün irad tutmuşdu.

“Fənərbaxça” səfərdə qələbə qazanıb

Türkiyə Super Liqasında “Fənərbaxça” səfərdə “Eyüpspor”la qarşılaşıb. Primeinfo.az xəbər verir ki, qonaqlar matçı 3:0 hesablı qələbə ilə başa vurub. “Sarı-lacivərtlilər” Talişka, Asensio və Con Duranın qolları ilə qələbə qazanıblar.

İbrahim Kalın İstanbulda HAMAS heyəti ilə görüşüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın İstanbulda HAMAS heyətini qəbul edib. Primeinfo.az məlumatına görə, görüşdə Qəzza Sülh Planının ikinci mərhələsi ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə ərazisinə daha bir PUA düşüb

Türkiyənin Balıkəsir vialyətinin Manyas qəsəbəsinə bağlı Salur məhəlləsində bir pilotsuz uçuş aparatı (PUA) boş bir əraziyə düşüb. Primeinfo.az xəbər verir ki, bölgədə işləyən fermerlər tərəfindən tapılan PUA təhlükəsizlik qüvvələrinə təhvil verilib. Məlumata görə, PUA-nın düşdüyünü görən vətəndaşlar vəziyyəti əlaqədar qurumlara bildiriblər.