Qaçırıldığı iddia edilən Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) mədəniyyət şirkətinin baş direktor müavini Erhan Karaal polisin axtarışları nəticəsində Tuzlada bir tikinti sahəsində tapılıb. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin qrupları Maltepedə naməlum şəxslər tərəfindən Karaalın qaçırılması iddiası ilə bağlı İstanbul Anadolu Respublika Baş Prokurorluğunda başladılan istintaq çərçivəsində araşdırma aparıblar. Tuzlada olduğu müəyyən edilən Karaal tikinti sahəsində, prefabrik konstruksiyalar zavodunda əlləri bağlı şəkildə tapılıb.
Avropa İttifaqı (Aİ) Türkiyə ilə bağlı Yunanıstana xəbərdarlıq edib. Primeinfo.az “TRT Haber”ə istinadən bildirir ki, xəbərdarlığı Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Yunanıstanın aparıcı qəzetlərindən olan “Ta Nea”ya müsahibə zamanı səsləndirib. O, Aİ-nin 150 milyard avroluq müdafiə proqramı SAFE-ə Türkiyənin qoşulmasına mane olmağa çalışan Afinaya bildirib ki, ittifaq Ankaraya əməkdaşlıq təklif edir: “Müdafiə sahəsində, Türkiyənin SAFE-ə qatılmaması səbəbindən, mövcud üzv dövlətlər Türkiyə ilə daha yaxın əməkdaşlıq etmək üçün səy göstərir, çünki əksəriyyəti NATO-da yer alır və Türkiyə alyansda mühüm rol oynayır”.
NATO Türkiyənin daha bir şəhərində hava hücumundan müdafiə sistemi quraşdıracaq. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. İtaliyaya məxsus ” SAMP/T” hava hücumundan müdafiə sistemi Konya 3-cü əsas hava bazasına yerləşdiriləcək.
Türkiyənin Kastamonu şəhərində qida fabrikinə silahlı hücum olub, aşpaz öldürülüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. “Hadisə, axşam saatlarında Taşköprü rayonunun Alatarlar kəndindəki qida fabrikində baş verib.
Pakistan və Türkiyə Yaxın Şərqdəki gərginliyin bütün tərəfləri arasında regionda möhkəm və davamlı sülhün bərqərar olmasına kömək edəcək qarşılıqlı anlaşmanın tezliklə əldə olunacağına ümid edirlər. Primeinfo.az Report-a istinadən xəbər verir ki, bu məsələ Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və onun türkiyəli həmkarı Hakan Fidan arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub. Tərəflər cari regional vəziyyət barədə fikir mübadiləsi aparıb, dialoq və təmkinliliyin vacibliyini vurğulayıblar: “Xarici işlər nazirləri qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə sıx koordinasiyanı saxlamaq, həmçinin çoxşaxəli Pakistan-Türkiyə tərəfdaşlığını daha da gücləndirmək üçün yüksək səviyyəli təmasları davam etdirmək barədə razılığa gəliblər”.
Almaniyanın Suriya, Əfqanıstan, Pakistan və digər ölkələrdən olan qeyri-qanuni miqrantları Geri Qəbul Sazişi çərçivəsində Türkiyəyə göndərdiyi barədə yayılan məlumatlar təkzib olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, sözügedən xəbərlər həqiqəti əks etdirmir və əsassızdır.
Türkiyə müvafiq təşəbbüs göstəriləcəyi təqdirdə Hörmüz boğazının minalardan təmizlənməsinə kömək etməyə hazırdır. Primeinfo.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Koreya Respublikasının “JTBC” televiziya kanalına verdiyi müsahibədə bildirib. “Biz həll yolu axtarışının bir hissəsi olmağa və xahiş olunarsa, qarşı tərəflər arasında davam edən bu prosesi asanlaşdırmağa hazırıq.
Türkiyənin müdafiə sənayesi nəhəngi “ASELSAN” şirkəti “DRONEDEF” kompleksinin uğurlu sınaqları barədə məlumat yayıb. Primeinfo.az xəbər verir ki, sınaqlar zamanı “İHTAR”, “EJDERHA” sistemləri və “GÖKBERK” lazer kompleksi bir neçə pilotsuz uçuş aparatını (PUA) uğurla zərərsizləşdirib. Sözügedən sistemlərdən “İHTAR” alçaqdan uçan FPV dronlarının aşkarlanması və izlənilməsinə cavabdehdir.
Donald Tramp Türkiyəyə gedir
Türkiyə millisinin DÇ-2026 üçün heyəti bəlli olub. Primeinfo.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyası açıqlayıb. Heyətdə 26 futbolçu yer alıb.