Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyədə zavodda partlayış olub - ÖLƏN VAR

Türkiyədə zavodda partlayış olub - ÖLƏN VAR

Türkiyənin Niğde vilayətinin Bor rayonunda yerləşən pirotexniki vasitələr istehsal edən zavodda partlayış baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha biri xəsarət alıb.

"CineMastercard"da macəra dolu türk komediyası: “Başıbozuklar” - VİDEO

"CineMastercard"da macəra dolu türk komediyası: “Başıbozuklar” - VİDEO

“CineMastercard” kinoteatrlar şəbəkəsində 25 iyundan etibarən rejissoru Hakan Algül, ssenari müəllifi isə Gani Müjdə olan yeni türk komediyası “Başıbozuklar” nümayiş olunacaq. Primeinfo.az-a bu barədə kinoteatrlar şəbəkəsindən məlumat verilib. Bildirilib ki, filmdə baş rolları Gonca Vuslateri, Mustafa Üstündag, Gözde Kansu, İpek Filiz Yazıcı, Halil Ibrahim Babür və Baran Bölükbaşı canlandırırlar.

Türkiyədə naməlum PUA-lar aşkarlanıb

Türkiyədə naməlum PUA-lar aşkarlanıb

Türkiyənin Qara dəniz sahilində yerləşən Kastamonu və Samsun vilayətlərində iki pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “İHA” agentliyi məlumat yayıb. Məlumata görə, çəkisi 200 kiloqramdan çox olan dronlardan biri Kastamonu vilayətinin Kuşkayas kəndində yaşayış evinin yaxınlığındakı bağ sahəsinə düşüb.

Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB

Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB

Avropa İttifaqı (Aİ) yeni müqavilələr çərçivəsində Türkiyədən Aİ ölkələrinə tədarük ediləcək qazın Rusiya mənşəli olmaması barədə tələbini irəli sürəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Ankaraya rəsmi səfərinin yekunlarına dair bəyanatla çıxış edib. Nazirin sözlərinə görə, rəsmi Ankara Brüsselin bu mövqedə qəti olduğunu anlayır.

DÇ-2026: Bu gün Türkiyə millisi ikinci oyununa çıxır - Bu SAATDA

DÇ-2026: Bu gün Türkiyə millisi ikinci oyununa çıxır - Bu SAATDA

Sabah DÇ-2026-nın D qrupunda Türkiyə millisi 2-ci tur matçına çıxacaq. Primeinfo.az xəbər verir ki, rəqib Paraqvay millisidir. ABŞ-ın Santa Klara şəhərində yerləşən Levi’s stadionunda keçiriləcək qarşılaşmanı Salvadordan olan hakim İvan Barton idarə edəcək.