Türkiyə Daxili İşlər Nazirliyi Kocaeli vilayəti ərazisində düşən PUA-nın Rusiya mənşəli kəşfiyyat və müşahidə PUA-sı olduğunu təsdiqləyib.
Türkiyənin məşhur müğənni və aparıcısı Fatih Ürek komaya düşüb. Primeinfo.az bu barədə “Sabah” qəzetinə istinadən bildirir. Məlumata görə, oktyabrın 15-də evində infarkt keçirən 59 yaşlı müğənni təxminən iki aydır xəstəxananın reanimasiya şöbəsindədir.
Türkiyədə saxlanılan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki sərbəst buraxılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, türkiyəli məşhurlar tibbi ekspertiza proseduru yekunlaşdıqdan sonra sərbəst buraxılıblar.
17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir. MN-dən Primeinfo.az-a verilən xəbərə görə, dekabrın 18-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb. General-polkovnik K.Vəliyev Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini qeyd edib.
Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı narkoloji testdən keçirilən televiziya aparıcısı Ela Rümeysa Cebeci həbs edilib. Primeinfo.az bu barədə “Sabah” qəzetinə istinadən xəbər verir. Bildirilir ki, test nəticəsi müsbət çıxmış Cebecinin məhkəmə ifadəsi alındıqdan sonra o, “narkotik maddə istifadəsini asanlaşdırma” ittihamı ilə həbs edilib.
Dekabrın 17-də Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb. Müdafiə Nazirliyindən Primeimfo.az-a verilən məlumata görə, iclas çərçivəsində Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. O, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib və bu əməkdaşlığın daha da genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətini diqqətə çatdırıb.
Pakistan Rusiya üçün Böyük Britaniyadan daha böyük təhlükə yarada bilər.
Türkiyədə Fətullah Gülən Təşkilatına (FETÖ) qarşı növbəti əməliyyat həyata keçirilib. Primeinfo.az xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial mediada məlumat verib. Nazir qeyd edib ki, son iki həftə ərzində Türkiyə təhlükəsizlik qüvvələri FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 160 nəfəri saxlayıb, onlardan 90-ı həbs edilib.
Türkiyədə narkotik istintaqı çərçivəsində həbs edilən “Habertürk”ün baş redaktoru Mehmet Akif Ersoyla bağlı yeni iddia gündəmə gəlib. Primeinfo.az xəbər verir ki, onunla uzun müddət birlikdə çalışan jurnalist Tuğçe Acar sosial şəbəkə hesabında paylaşım edərək M. Akif Ersoy tərəfindən qeyri-etik davranış və qısnama ilə üzləşdiyini açıqlayıb.
2026-cı ildə Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri gözlənilir. Primeinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə türk diplomatik mənbəsi məlumat verib. “Rusiya liderinə dəvət ən yüksək səviyyədə elan edilib.