Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Özbəkistan prezidentləri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetini ziyarət ediblər.
“Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binası açılacaq, Azərbaycan parkı tikiləcək”. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib. “Müttəfiqliyimiz iki qardaş xalqın çoxəsrlik ümumi tarixinə və mədəni dəyərlərinin yaxınlığına əsaslanır.
Bakı Ali Neft Məktəbi (BANM) “Times Higher Education (THE) Impact Rankings 2026” reytinqində dünyanın aparıcı ali təhsil müəssisələri arasında 401–600 diapazonunda qərarlaşıb. Primeinfo.az xəbər ki, BANM ötən il bu nüfuzlu reytinqdə ilk dəfə iştirak edərək 801–1000 diapazonunda yer almışdı. Bu il isə BANM qısa müddətdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq beynəlxalq səviyyədə dayanıqlı inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri bir daha təsdiqləyib.
Bruney-Darüssalamın Universiti “Brunei Darussalam”, “Universiti Islam Sultan Sharif Ali”, “Universiti Teknologi Brunei”, “Kolej Universiti Perguruan Ugama Seri Begawan” və “Politeknik Brunei” ali təhsil müəssisələri 2026–2027-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələri üzrə təqaüd proqramı elan edir. Primeinfo.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, təqaüd proqramına müraciət üçün son tarix 15 fevral 2026-cı ildir.
ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetinin kampusunda baş verən atışma nəticəsində iki nəfər ölüb və bir neçə nəfər yaralanıb. Primeinfo.az xəbər verir ki, bu barədə şəhərin meri Brett Smayli məlumat verib. O, “Fox News” telekanalına verdiyi mətbuat konfransında bildirib: “İki nəfərin öldüyünü və daha səkkiz nəfərin vəziyyətinin ağır olduğunu təsdiqləyə bilərəm”.
ABŞ-ın Pensilvaniya ştatındakı Linkoln Universitetində tədbir zamanı silahlı atışma baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.