Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: üztanıma

Dəmir yollarında üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək

Dəmir yollarında üztanıma ilə ödəniş sisteminin əhatəsi genişləndiriləcək

İctimai nəqliyyatda ilk dəfə dəmir yollarında SİMA Pay – üztanıma ödəniş sisteminin tətbiqi ilə sərnişindaşımada yeni mərhələ başlayıb. Hazırda Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağında tətbiq olunan SİMA Pay mərhələli şəkildə Abşeron dairəvi marşrutu üzrə digər stansiya və dayanacaqlarda, eləcə də ölkə üzrə dəmir yolu şəbəkəsində əlçatan olacaq. Rəqəmsallaşan dəmir yolları sərnişinlərin həyatını asanlaşdırmağa, şəhər mobilliyini yenidən formalaşdırmağa və gələcəyi yaxınlaşdırmağa davam edəcək.

Üztanıma ilə ödəniş sistemində problem yaranıb? – ADY-dən AÇIQLAMA

Üztanıma ilə ödəniş sistemində problem yaranıb? – ADY-dən AÇIQLAMA

Ötən gün Azərbaycanın ictimai nəqliyyatında ilk dəfə dəmir yollarında SİMA Pay – üztanıma ilə ödəniş sistemi istifadəyə verildi. Bu sistemin aktivləşdirilməsi üçün “ADY Mobile” tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq müəyyən proseduru keçmək, o cümlədən müvafiq xanaya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini əlavə etmək lazımdır. Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib.

İctimai nəqliyyatda ilk: ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi - FOTO - VİDEO

İctimai nəqliyyatda ilk: ADY üztanıma ilə ödəniş sistemini tətbiq etdi - FOTO - VİDEO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “AzInTelecom” MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişindaşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb. Primeinfo.az xəbər verir ki, 15 may 2026-cı il tarixindən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub. Üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür.