
17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar “AYNA MaaS” mobil tətbiqinə yeni funksiya əlavə olunub.
Primeinfo.az-a bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, qonaqlar və tədbir iştirakçıları tətbiqdə “WUF13” funksiyasını aktivləşdirməklə sessiyanın keçiriləcəyi günlərdə səyahətlərini daha asan və rahat edə bilərlər.
İstifadəçilər xəritədə xüsusi “WUF13” dayanacaqlarını görə və seçdikləri dayanacaqlar üçün avtobusların gəliş vaxtlarını real zaman rejimində izləyə bilərlər.
Həmçinin, “Gedəcəyiniz yer” bölməsində “Bakı Olimpiya Stadionu”na daxil olaraq məkana səyahəti planlaşdırmaq mümkündür.
Ətraflı məlumat üçün təlimat videosu təqdim olunur: