Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub

15.05.2026 20:14

Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini Marat Xusnullinlə görüşüb.

Primeinfo.az  xəbər verir ki, işgüzar görüş Kazan Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan-Rusiya iqtisadi münasibətləri və qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə olunub.

Görüşdən sonra Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri Kazan forumunun plenar iclasında spiker kimi iştirak ediblər.

Şahin Mustafayev Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində iştirakı barədə çıxış edib.

Qeyd edək ki, Şahin Mustafayev bu gün Kazan forumu çərçivəsində Rusiya Baş nazirinin müavini Aleksey Overçukla da görüşüb.

Paylaş: