
Avstriyada keçirilən “Avroviziya-2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində Azərbaycanı Jiva səhnə adı təmsil edən müğənni Cəmilə Həşimova çıxış edib.
Primeinfo.az xəbər verir ki, müsabiqədə 2 nömrə altında səhnəyə çıxan təmsilçimiz “Just Go” adlı mahnını səsləndirib.
Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur.
Final mərhələsinə vəsiqə qazanan iştirakçılar tamaşaçı səsverməsi nəticəsində müəyyənləşib. Cəmilə Həşimova finala çıxa bilməyib.
Qeyd edək ki, yarımfinalda 15 ölkə iştirak edib, onlardan yalnız 10-u böyük finala yüksəlib.
İkinci yarımfinaldan finala çıxan ölkələr – Bolqarıstan, Ukrayna, Norveç, Avstraliya, Rumıniya, Malta, Kipr, Albaniya, Danimarka və Çexiyadır.
Azərbaycan, Lüksemburq, Ermənistan, İsveçrə, Latviya isə finala çıxa bilməyib.