Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: yanğın

Yasamalda binadakı yanğın məhdudlaşdırılıb- YENİLƏNİB - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Xocalıda yanğın törədən şəxs saxlanılıb

Yanvarın 13-də Xocalı rayon Dağyurdu kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. DİN Mətbuat Xidmətinin regional qrupundan Primeinfo.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğının Xocalı rayonundakı fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun siqaret kötüyünü yerə atması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində ümumilikdə 5 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Cəbrayılda yanğın törədən şəxs saxlanıldı

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin əkin sahəsində yanğın törədən şəxs saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, araşdırmalarla yanğının 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib.

Qazaxda yanacaq daşıyan maşının yanması nəticəsində bir nəfər ölüb -  VİDEO - YENİLƏNİB

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verib. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

İsveçrədə barda yanğında ölənlərlə bağlı milli matəm elan edilib

İsveçrədə Kran-Montana kurortundakı barda baş verən və 40 nəfərin həyatına son qoyan yanğından sonra 9 yanvar tarixi milli matəm günü elan ediləcək. Primeinfo.az-ın məlumatına görə, bu barədə konfederasiya prezidenti Gi Parmelin “Tages-Anzeiger” qəzetinə müsahibəsində bildirib. Prezident həmin gün nəzərdə tutulan xatirə mərasimində iştirak etməyi də planlaşdırır.

Lənkəranda evdə yanğın olub

Lənkəranda fərdi yaşayış evində yanğın baş verib. Primeinfo.az xəbərə görə yanğın hadisəsi Lənkəran rayonunun Şıxakəran kəndində bir evdə qeydə alınıb. İlkin məlumata görə Samir adlı kənd sakininə məxsus olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Amsterdamda 150 illik kilsə Yeni il gecəsi yandı

Yeni il gecəsi Amsterdamın 150 illik tarixi olan Vondelkerk kilsəsində böyük yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə “NL Times” məlumat yayıb. Məlumata görə, kilsə qülləsi gecə yarısından sonra alovlanıb.

Sumqayıtda metal tullantılarının qəbulu sahəsində yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Azərbaycan prospektində yanğın baş verməsi barədə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində metal və digər istehsalat tullantılarının qəbulu sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.