Zelenski: "Ukrayna Azərbaycandan qaz almağı planlaşdırır"
“Ukrayna müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan təxminən 2 milyard ABŞ dolları məbləğində qaz almağa hazırdır”.
“Ukrayna müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan təxminən 2 milyard ABŞ dolları məbləğində qaz almağa hazırdır”.
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyev hətta beynəlxalq təzyiq yalnız Ukrayna tərəfinə yönəlsə belə Rusiyanın danışıqların heç bir konfiqurasiyasında qələbəsinə imkan verməyəcək. Primeinfo.az “Report”-a istinadən xəbər verir ki, bunu dövlət başçısı jurnalistlərin ABŞ və Rusiya prezidentlərinin Budapeştdə gözlənilən görüşünün mümkün ssenarilərı haqqında sualına cavab verərkən bildirib. Onun sözlərinə görə, bir çox şey danışıqların hansı formada keçiriləcəyindən asılıdır: “Əgər təzyiq yalnız Ukraynaya olarsa – heç kim qalib çıxmayacaq.
ABŞ Prezidenti Donald Tramp oktyabrın 17-də Vaşinqtonda keçirilən görüş zamanı Volodimir Zelenskiyə Rusiyanın təklif etdiyi şərtləri qəbul etməyi tövsiyə edib, əks halda Ukraynanın “tam məhv ola biləcəyi” barədə xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Tramp və Zelenski arasında söhbət bir neçə dəfə mübahisəyə çevrilib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putini özünə düşmən hesab edir. Primeinfo.az xəbər verir ki, Ukrayna lideri ABŞ Prezidenti Donald Trampla görüşündən sonra jurnalistlərlə açıqlamasında belə deyib. “Putin mənə nifrət edir.
“Bu danışıqlar zamanı Tramp birbaşa və açıq şəkildə Zelenskiyə Kiyevin hələlik Vaşinqtondan uzaqmənzilli raketlər almayacağını açıqladı”.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşünün məhsuldar keçdiyini bildirib. Primeinfo.az Reporta istinadən xəbər verir ki, Ukrayna lideri bu barədə Ağ Evdə keçirdiyi brifinqdə danışıb. O, Trampla Ukraynanın hava hücumundan müdafiəsi də daxil olmaqla, bir sıra mövzular barədə müzakirə apardığını vurğulayıb.
ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında Ağ Evdə keçirilən görüş başa çatıb. Primeinfo.az xəbər verir ki, Ukrayna lideri Ağ Evi tərk edib. Əvvəlcədən planlaşdırıldığı kimi, görüşdən sonra Tramp Floridadakı malikanəsinə, Zelenski isə təkbaşına mətbuat konfransı keçiriləcəyi məkana gedib.
Zelenski Putinlə istənilən formatda və dünyanın istənilən yerində görüşməyə hazırdır. Primeinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak “Axios” portalına verdiyi müsahibədə deyib. “Zelenski Trampa hələ də Putinlə istənilən formatda və dünyanın istənilən yerində görüşməyə hazır olduğunu deyib, lakin Rusiya və ya Belarus istisna olmaqla”, – Yermak bildirib.
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə Zelenski özü məlumat verib. Qeyd edək ki, Zelenskinin Prezident Donald Trampla görüşü planlaşdırılır.
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə 17 oktyabrda görüşəcəyini təsdiqləyib. Primeinfo.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib. Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski də Trampın dəvəti ilə 17 oktyabrda Vaşinqtona səfər edəcəyini bildirmişdi.