Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə və ABŞ prezidentləri regional və beynəlxalq məsələləri müzakirə ediblər

21.01.2026 10:09

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, dövlət başçıları telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriyadakı vəziyyəti yaxından izlənildiyini, Suriyanın birliyi, həmrəyliyi və suverenliyinin Türkiyə üçün əhəmiyyətli olduğunu bildirib.

Həmçinin danışıq zamanı İŞİD-lə mübarizə və Suriya həbsxanalarında olan İŞİD üzvlərinin vəziyyəti müzakirə edilib

Ərdoğan inkişaf etmiş, terrorsuz, dinc Suriyanın bütün elementləri ilə bölgənin sabitliyinə töhfə verəcəyini söyləyib.

O, Qəzzada sülhün bərqərar olması üçün səylərin davam etdirilməsi və Türkiyənin bu məsələdə ABŞ ilə koordinasiyalı fəaliyyət göstərməyə davam etdiyini bildirib.

Rəcəb Tayyib Ərodğan Qəzza Sülh Şurasına dəvət üçün ABŞ Prezidenti Trampa təşəkkür edib.

Paylaş: