
“Ermənilərin Qarabağa qayıtması gündəliyini təhlükəli hesab edirəm”.
Primeinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Orbeli Forumu 2025”də çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu mövzunun müzakirəsi keçmiş münaqişənin təməllərini bərpa edə və vəziyyəti münaqişənin ilkin mərhələsinə qaytara bilər:
“Ermənistan və Azərbaycan arasında psixoloji münaqişə davam edir, lakin siyasi cəhətdən artıq bitib. Fakt budur ki, sülh hər iki ölkə üçün tanış olmayan bir anlayışdır. Sosial və psixoloji qavrayışları tək bir qərarla dəyişdirmək mümkün deyil”.
Baş nazir vurğulayıb ki, bu istiqamətdə atılan hər hansı bir addım və ya təşəbbüs regionda sabitliyin və sülhün gələcəyi üçün təhlükəli ola bilər.