Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə avtobus və yanacaqdaşıyan maşın toqquşdu: 14 yaralı

24.11.2025 22:31

Türkiyənin Şırnak vilayətində ağır yol qəzası baş verib.

Primeinfo.az “Habertürk”ə istinadən xəbər verir ki, Silopi rayonunda yanacaqdaşıyan maşınla tələbələrin olduğu avtobus toqquşub.

Hadisə nəticəsində avtobus sürücüsü və 13 tələbə yaralanıb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma başladılıb.

Paylaş: