
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Primeinfo.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” ilə “Mercedes” markalı minik maşınları toqquşub.
Yol qəzası nəticəsindı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.