Xəbər axtarın

Son axtarış nəticələri:

"Azərsilah"ın Şirvandakı zavodunda QƏZA

19.02.2026 10:19

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası baş verib.

Bu barədə Primeinfo.az-a Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Paylaş: