Xəbər axtarın

Son axtarış nəticələri:

İsmayıllı-Qəbələ yolunda zəncirvari qəza - 2 ölü, 6 yaralı

28.02.2026 19:55


İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Xanagah kəndindən keçən hissəsində qeydə alınıb.

Primeinfo.az  xəbər verir ki, hərəkətdə olan mikroavtobus və iki minik avtomobilinin toqquşması nəticəsində baş verən zəncirvari qəzada 33 yaşlı Ümüd Vəliyev və onu 23 yaşlı həyat yoldaşı Nərmin Vəliyeva hadisə yerində həyatını itiriblər. Altı nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Paylaş: