Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ hərbi gəmiləri Hörmüz boğazından keçib? - Rəsmi Tehran dərhal təkzib etdi

11.04.2026 18:59


“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Hörmüz boğazından uğurla keçib”.

Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, “Axios”a istinadən xəbər verir ki, bu barədə ABŞ rəsmisi məlumat verib.

Bildirilib ki, bu, mövcud müharibənin başlanmasından sonra ABŞ hərbi gəmilərinin strateji su yolundan ilk keçididir. Hadisə regionda gərginliyin yüksək səviyyədə qaldığı bir vaxtda baş verib.

İran isə bu məlumatı təkzib edib. Rəsmi Tehran bildirib ki, ABŞ gəmilərinin İranla razılaşdırılmadan Hörmüz boğazından keçməsi barədə xəbərlər həqiqətə uyğun deyil.

“Tasnim” İranın təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb ki, atəşkəs elan olunduğu andan etibarən Tehranla razılaşdırılmadan heç bir gəmi Hörmüz boğazından keçməyib.

Paylaş: