Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-İran danışıqları: Bəzi detallar bəlli oldu

11.04.2026 19:01

İslamabadda İran və ABŞ arasında aparılan danışıqlar prosesi ekspert səviyyəsinə keçib.

Primeinfo.az Oxu.az- istinadən xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Xəbərə görə, İran nümayəndə heyətinin müvafiq komitələrinin bir neçə üzvü danışıqların keçirildiyi məkana yola düşüb.

IRIB-in məlumatına əsasən, Tehran Pakistanın vasitəçiliyi ilə ABŞ ilə danışıqlara başlamaq qərarını yalnız Vaşinqton tərəfinin İslam Respublikasının aktivlərinin dondurulmasının ləğvi şərtini qəbul etməsindən sonra verib.

Tehranın iki əsas tələbindən biri – aktivlərin dondurulmasının ləğvi – ABŞ nümayəndə heyəti ilə razılaşdırılıb. Digər tələb olan Livanda atəşkəs məsələsi isə hazırda müzakirə mərhələsindədir.

Paylaş: