
İranın rəsmi “Fars” agentliyi İslamabadda keçirilən tarixi danışıqların pərdəarxası barədə şok məlumat yayıb.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, İran nümayəndə heyəti Pakistanın Baş naziri Şahbaz Şəriflə rəsmi görüşdən əvvəl Pakistan ordusunun baş komandanı, feldmarşal Asim Munir ilə iki dəfə qapalı görüş keçirib. Agentliyin məlumatına görə, ABŞ tərəfi ilə ən kritik və gizli ismarışların məhz feldmarşal Munir vasitəsilə mübadilə edildiyi ehtimal olunur.
Pakistan ordusunun rəhbərinin bu prosesdə “əsas kuryer” və zəmanətçi rolunu oynaması, danışıqların təkcə siyasi deyil, həm də hərbi müstəvidə ciddi şərtlərlə aparıldığını göstərir.
Hesab olunur ki, Vens-Kuşner heyəti ilə İran tərəfi arasındakı “qırmızı xətlər” məhz bu hərbi kanallar vasitəsilə razılaşdırılır.