
Yaxın Şərqdə gərginliyin ən yüksək həddə üçatdığı bir vaxtda ABŞ Hərbi Dəniz Qüvvələri dünya gündəmini sarsıdan hərbi gediş edib.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, “Axios” nəşrinin tanınmış müxbiri Barak Ravid yüksək rütbəli ABŞ rəsmisinə istinadən, şənbə günü bir neçə Amerika hərbi gəmisinin Hörmüz boğazını keçdiyini açıqlayıb. Bu addımın müharibənin gedişatını dəyişə biləcək kritik məqamları:
Jurnalistin sözlərinə görə, bu strateji keçid İran tərəfi ilə heç bir koordinasiya aparılmadan, birtərəfli qaydada həyata keçirilib. Bu, Tehranın boğaz üzərində “suverenlik” iddialarına birbaşa meydan oxumaq kimi qiymətləndirilir.
2026-cı ilin fevralında hərbi əməliyyatların başlamasından bəri ilk dəfədir ki, ABŞ hərbi donanması Hörmüz boğazından keçməyə cəsarət edir. Bu, boğazın faktiki blokadasının yarılması istiqamətində atılan ən kəskin addımdır.
Hadisənin ABŞ və İran nümayəndə heyətlərinin İslamabadda sülh formatını müzakirə etdiyi və Tehranın “qırmızı xətlərini” açıqladığı saatlarda baş verməsi xüsusi diqqət çəkir. Ekspertlər hesab edirlər ki, Donald Tramp bu həmlə ilə danışıqlar masasında İranın mövqeyini zəiflətmək və “biz hələ də buradayıq” ismarışı vermək istəyir.
İranın Hörmüz boğazını özünün “mütləq nəzarət zonası” elan etdiyi bir vaxtda, ABŞ gəmilərinin koordinasiyasız keçidi bölgədə hər an yeni və daha şiddətli toqquşmalara səbəb ola bilər.
Hazırda İranın bu “izinsiz keçid”ə necə reaksiya verəcəyi və İslamabaddakı diplomatik atmosferin necə dəyişəcəyi böyük maraq doğurur. Pentaqon hələlik gəmilərin sayı və missiyası barədə rəsmi geniş məlumat verməyib.