Xəbər axtarın

Son axtarış nəticələri:

“Qarşıda yenidən hərbi əməliyyatlar olacaq” – Siyasi şərhçidən İLGİNC PROQNOZ - VİDEO

13.04.2026 16:40

“Bu savaşda həm İran, həm də İsrail böyük itkilər verib. İran tələb edir ki, təzminat ödənməlidir. Haqlı tələbdir. Amma İran da fars ölkələrində vurduğu obyektlərə görə təzminat ödəməlidir”.

Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.

Onun fikrincə, bu məsələ təkcə ABŞ-ni narahat etmir:

“ABŞ-nin heç vecinə də deyil. Çünki bu müharibəyə sərf etdiyi pulu Fars körfəzindəki ərəb monarxiyalarından alacaq. Burada problem başqadır. Problem odur ki, Yaxın Şərqdə sülh yaranmayıb. Sadəcə, nadir, gərgin və son dərəcə, kövrək pauza formalaşıb.

SEPAH bildirir ki, əlimiz tətikdədir. ABŞ baş qərargahının sədri general Keyn də bildirir ki, bu atəşkəs fasilədir və hər an müharibəyə başlamağa hazırdırlar. Bunu etiraf edirlər. Çünki qarşıda yenidən hərbi əməliyyatlar olacaq”.

Davamı “Qırmızı masa”da:

Paylaş: