Xəbər axtarın

Son axtarış nəticələri:

SON DƏQİQƏ: Türkiyə Rusiyadan aldığı S-400-ləri Körfəz ölkələrindən birinə satıb

10.07.2026 13:23

SON DƏQİQƏ: Türkiyə Rusiyadan aldığı S-400-ləri Körfəz ölkələrindən birinə satıb

Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Körfəz ölkələrindən birinə satıb.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Hürriyet” yazıb.

Bildirilib ki, sövdələşmə bu gün yekunlaşdırılmalı və rəsmi şəkildə elan olunmalıdır.

Mənbələrin bildirdiyinə əsasən, S-400 sistemləri ya Birləşmiş Ərəb Əmirliklərinə, ya da Qətərə göndəriləcək.

Məqalədə qeyd olunur ki, ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi CAATSA sanksiyalarının ləğvi ilə bağlı Donald Trampın son açıqlamaları S-400-lərin taleyi məsələsini yenidən gündəmə gətirib. Xatırladılır ki, həmin sanksiyalar Ankara Rusiyadan S-400 sistemlərini aldıqdan sonra tətbiq edilmişdi.

“Hürriyet”in məlumatına görə, uzun müddətdir S-400 sistemlərinin istifadəyə verilib-verilmədiyi və ya anbarlarda saxlanıldığı barədə dəqiq məlumat olmayıb. Nəşrin əldə etdiyi məlumata əsasən, komplekslər üçüncü ölkəyə satılıb və son texniki detallar artıq razılaşdırılıb.

Qəzet yazır ki, İran-İsrail qarşıdurmasından sonra Körfəz ölkələri hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün alternativ sistemlər axtarmağa başlayıblar. Nəşrin qiymətləndirməsinə görə, Türkiyə S-400-ləri satmaqla həm CAATSA sanksiyalarından qurtula, həm də bu satışdan gəlir əldə edə bilər.

Paylaş: