Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ-İran

İrandakı əməliyyat bir neçə gün davam edə bilər

İsrailin İranda zərbə endirdiyi əsas hədəflər açıqlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə israilli rəsmi mənbələrə istinadən “The Times of Israel” məlumat yayıb. Bildirilib ki, İsrail İranda hökumət və hərbi obyektlərə zərbə endirib: “ABŞ ilə bu gün səhər həyata keçirilən birgə zərbələr İran rejiminin obyektlərinə və hərbi hədəflərə yönəlib”.

“İranı dərhal tərk edin” - Daha iki ölkədən çağırış

Almaniya və İsveç hökumətləri İranda yaşayan vətəndaşlarına ölkəni təcili şəkildə tərk etmələri ilə bağlı çağırış ediblər. Primeinfo.az xəbər verir ki, İranda artan gərginlik fonunda Almaniyanın Tehrandakı səfirliyi sosial media hesabında “İrandakı alman vətəndaşlarına ölkəni tərk etmək üçün daha bir təcili çağırış” başlıqlı açıqlama yayıb. Bildirilib ki, həm ölkə daxilində, həm də regionda təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır.

İran və ABŞ əsas prinsiplər barədə razılığa gəlib

Biz ABŞ-la əsas prinsiplər barədə razılığa gəldik. Primeinfo.az  xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi Cenevrədə ABŞ-la dolayı nüvə danışıqlarının ikinci turundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Cenevrədə ABŞ-İran danışıqları başa çatıb

Cenevrədə ABŞ və İran arasında danışıqlar başa çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Xəbərdə deyilir ki, danışıqlarda iştirak edən İran diplomatlarının avtomobilləri müzakirələrin keçirildiyi ərazini tərk edib.