Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ-İran münaqişəsi

ABŞ donanmasında dəniz böhranı: İrandan ağır zərbə

ABŞ donanmasında dəniz böhranı: İrandan ağır zərbə

Müharibənin başlanğıcında İranın ABŞ-ın Bəhreyn dəki hərbi-dəniz bazasına endirdiyi zərbə Amerikanın Hərbi Dəniz Qüvvələrinin vacib logistika qovşağını sıradan çıxarıb. Primeinfo.az xəbər verir ki, “The New York Times” qəzetinin yaydığı məlumatlara görə, baş verən hücum nəticəsində ABŞ HDQ təchizat marşrutunu dəyişməyə məcbur olub. Təchizat xətti İran yaxınlığında döyüş növbəsi çəkən Amerika təyyarədaşıyan gəmilərindən təxminən 2200 mil aralıda yerləşən Dieqo-Qarsiya bazasına yönləndirilib.

Pezeşkian hazırkı müharibənin mürəkkəb olduğunu deyib

Pezeşkian hazırkı müharibənin mürəkkəb olduğunu deyib

İran Prezidenti Məsud Pezeşkian hazırkı müharibənin əvvəlkilərdən daha mürəkkəb olduğunu və düşmənin ölkəni daxildən çökdürməyə çalışdığını bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. “Hazırkı müharibə əvvəlkindən daha mürəkkəbdir və düşmən ölkəni daxildən çökdürməyə çalışır”, – İran Prezidenti qeyd edib.

İLGİNC FAKTLAR: İran sürətlə tükənir - VİDEO

İLGİNC FAKTLAR: İran sürətlə tükənir - VİDEO

“İranın raketləri, ABŞ-nin bazalarını vura biləcək silahları, eyni zamanda Körfəz ölkələrini vurmaq imkanları ola bilər, amma bir də bunun sonunu düşünün. Bu gün İran çox sürətlə tükənir…”

Pezeşkian: "İran regionda gərginlik istəmir"

Pezeşkian: "İran regionda gərginlik istəmir"

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkəsinin regionda gərginlik və qeyri-sabitliyin genişlənməsində maraqlı olmadığını bildirib. Primeinfo.az-ın məlumatına görə, Pezeşkian bu gün İranda Ailə Həkimi proqramının ikinci mərhələsinin açılış mərasimində çıxışı zamanı regiondakı vəziyyət barədə danışıb. O, qarşı tərəflərin İranın inkişaf prosesinə mane olmağa çalışdığını deyib.

İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb

İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb

İran İslam Respublikası dəfələrlə vurğuladığı kimi, region ölkələri ilə heç bir ədavət aparmır və Fars körfəzinin cənub sahilindəki bütün dövlətlərlə qarşılıqlı hörmət, mehriban qonşuluq prinsipləri əsasında dostluq əlaqələrinin tərəfdarıdır. Primeinfo.az xəbər verir ki, bu, İran Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub. “İran İsrailin şərikliyi və bəzi region ölkələrinin iştirakı, o cümlədən öz ərazilərini və imkanlarını təqdim etməsi ilə həyata keçirilən ABŞ hücumlarını qınayaraq, ölkənin milli hüquq və təhlükəsizliyini qorumaq əzmini bir daha vurğulayır”, – bəyanatda deyilir.

Əraqçi Türkiyə və Pakistana ABŞ hücumları barədə xəbərdarlıq edib

Əraqçi Türkiyə və Pakistana ABŞ hücumları barədə xəbərdarlıq edib

İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan və Pakistan Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Asim Munirlə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı son regional hadisələr, eləcə də regionda gərginliyin və qeyri-sabitliyin artma riski müzakirə edilib. Əraqçi Amerika ordusu tərəfindən atıla biləcək addımlar barədə xəbərdarlıq edib və İranın milli suverenliyi, ərazi bütövlüyünü və təhlükəsizliyini müdafiə etməyə, eləcə də istənilən təxribata qətiyyətlə cavab verməyə tam hazır olduğunu vurğulayıb.

Neftin qiyməti artmaqda davam edir

Neftin qiyməti artmaqda davam edir

ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni və əhatəli hərbi əməliyyatların keçiriləcəyini bəyan etməsi, Hörmüz boğazında neftlə dolu tankerin raket zərbəsi ilə vurulması (tankerin hansı dövlətə məxsus olduğu və nə qədər neft daşıdığı araşdırılır) və İranın pilotsuz uçan aparatları (PUA) ilə Küveytə genişmiqyaslı hərbi hücumu dünya enerji bazarında neftin qiymətinin bahalaşmasının yeni mərhələsinin başlamasına səbəb olub. Primeinfo.az  xəbər verir ki, London birjasında “Brent” markalı neftin 1 barelinin qiyməti 92,12, WTI 84,61 dollara kimi artıb. Azərbaycanın “Azeri Light” markalı neftinin 1 barelinin qiyməti isə 100 dollara çatıb.

ABŞ Yaxın Şərqdəki vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

ABŞ Yaxın Şərqdəki vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

ABŞ-ın İordaniyadakı səfirliyi Yaxın Şərqdə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edərək onları yüksək ayıqlıq nümayiş etdirməyə çağırıb. Primeinfo.az  xəbər verir ki, səfirliyin “X” səhifəsində yaydığı məlumatda ABŞ vətəndaşlarına ehtiyatlı olmağı, uçuşların ləğvi və hava məkanının vaxtaşırı bağlanması ehtimalına hazır olmalarını tövsiyə edilib. “ABŞ vətəndaşları ayıq-sayıq olmalıdır.

Tramp: "İran çox pis vəziyyətdədir"

Tramp: "İran çox pis vəziyyətdədir"

İran çox pis vəziyyətdədir, onlar çətinlik çəkirlər. Primeinfo.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kabinet iclasında çıxışı zamanı deyib. Tramp İranın çox pis davranış sərgilədiyini bildirib.