Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ-İran münaqişəsi

İranın son hücumlarında ABŞ təyyarəsinə ziyan dəyməyib

İranın son hücumlarında ABŞ təyyarəsinə ziyan dəyməyib

İranın Yaxın Şərqdəki ABŞ hədəflərinə son hücumlarında heç bir ABŞ təyyarəsinə zərər dəyməyib. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir. “İranın son hücum cəhdləri nəticəsində heç bir ABŞ təyyarəsi məhv edilməyib və ya zədələnməyib.

İran-dan ABŞ-a kömək edən ölkələrə XƏBƏRDARLIQ

İran-dan ABŞ-a kömək edən ölkələrə XƏBƏRDARLIQ

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, ABŞ-ın təhdidləri və bölgədəki müdaxilələri davam etdiyi müddətdə Hörmüz boğazı açılmayacaq. Qurum həmçinin İrana qarşı hərbi əməliyyatlara dəstək verən ölkələri sərt cavabla hədələyib. Primeinfo.az xəbər verir ki, SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi “Nəsr-2” əməliyyatı ilə bağlı yaydığı 54 saylı bəyanatda bu barədə məlumat verib.

ABŞ İranın Qərbi Azərbaycan əyalətinə zərbə endirib

ABŞ İranın Qərbi Azərbaycan əyalətinə zərbə endirib

ABŞ İranın Qərbi Azərbaycan əyalətində yerləşən yaşayış olmayan əraziyə zərbə endirib. Primeinfo.az-ın məlumatına görə, Qərbi Azərbaycan əyalətinin Böhranların İdarəolunması Mərkəzi bildirib ki, mərmi yaşayış və tikili olmayan sahəyə düşüb. Bildirilib ki, hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb.

Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur

Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur

ABŞ Silahlı Qüvvələri İrana qarşı hərbi əməliyyatlarla əlaqədar olaraq sursat qıtlığı yaşamır. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts NBC-yə müsahibəsində bildirib. “ABŞ hərbçilərinin bu kampaniyanı mümkün qədər effektiv aparmaq üçün hər şeyi var və mən bunu bütün mümkün yollarla yoxlamışam.

WSJ: SEPAH Bab-əl-Məndəbi bağlamaqla hədələyir

WSJ: SEPAH Bab-əl-Məndəbi bağlamaqla hədələyir

  ABŞ Silahlı Qüvvələri İrana zərbələri artıracağı təqdirdə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından gəmilərin keçidini bağlaya bilər. Primeinfo.az  xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb. “Məlumatlı şəxslərin sözlərinə görə, əgər ABŞ Silahlı Qüvvələri hücumları aktivləşdirərsə və ya İrana quru müdaxiləsi variantını nəzərdən keçirərsə, SEPAH Vaşinqtonu Bab-əl-Məndəb boğazını və Qırmızı dənizi bağlamaqla, eləcə də gəmilərə hücum etməklə hədələyib”, – nəşr bildirib.

CNN: Vens və Keyn İranla münaqişənin gərginləşməsindən narahatdır

CNN: Vens və Keyn İranla münaqişənin gərginləşməsindən narahatdır

ABŞ-nin Vitse-prezidenti Cey Di Vens və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ötən cümə günü keçirilən müşavirədə Vaşinqton tərəfindən hərbi əməliyyatların intensivləşdirilməsi ehtimalı səbəbindən İranda münaqişənin eskalasiyası ilə bağlı narahatlıqlarını ifadə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə bazar günü mənbələrə istinadən CNN məlumat yayıb. Qeyd olunub ki, Keyn cümə günü ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən Nazirlər Kabinetinin müşavirəsində ABŞ arsenallarının vəziyyəti və digər mənfi fəsadlarla bağlı xüsusi narahatlıqlarını bildirib.