Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ-İran münaqişəsi

İran ordusu ABŞ-ın Küveytdəki bazasına zərbə endirib

İran ordusu ABŞ-ın Küveytdəki bazasına zərbə endirib

ran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 4 ədəd “Fateh-110” raketinin buraxıldığını və onların İran ərazisini atəşə tutmağa hazırlaşdığı iddia edilən beş HIMARS qurğusunu hədəf aldığını açıqlayıb.

Pakistan XİN İran və ABŞ-ni təmkinli olmağa çağırıb

Pakistan XİN İran və ABŞ-ni təmkinli olmağa çağırıb

Pakistanın xarici işlər naziri İshaq Dar bazar günü iranlı həmkarı Abbas Əraqçi ilə danışıb. Primeinfo.az  Pakistan mediasına istinadla xəbər verir ki, danışıq əsnasında Vaşinqton ilə Tehran arasında yeni düşmənçiliklər fonunda son regional inkişaflar müzakirə edilib. Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, İshaq Dar telefon danışığında tərəfləri iyun ayında imzalanan İslamabad Anlaşma Memorandumuna əməl etməyə, gərginliyi azaltmağa və təmkinli olmağa çağırıb.

İranın hava zərbəsi nəticəsində Qətərdə azyaşlı yaralanıb

İranın hava zərbəsi nəticəsində Qətərdə azyaşlı yaralanıb

İranın regionda həyata keçirdiyi son hərbi əməliyyatlar və hava zərbələri qonşu körfəz ölkələrinə də sıçrayıb, mülki şəxslər arasında xəsarət alanlar var. Primeinfo.az xəbər verir ki, Qətərin Daxili İşlər Nazirliyi ölkə ərazisinə düşən zərbələr və qəlpələr nəticəsində ilk rəsmi yaralıların olduğunu bəyan edib. Nazirliyin yaydığı rəsmi məlumata görə, İran ordusunun hücumları zamanı ətrafa səpələnən mərmi və raket qəlpələrinin isabət etməsi nəticəsində biri azyaşlı uşaq olmaqla, ümumilikdə üç mülki Qətər vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

ABŞ İrana qarşı üçüncü zərbə dalğasına başladı

ABŞ İrana qarşı üçüncü zərbə dalğasına başladı

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, Şərq vaxtı ilə saat 19:15-də ABŞ qüvvələri İrana qarşı bu həftə ərzində üçüncü zərbə dalğasına başlayıb. Bəyanata görə, əməliyyat İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazından keçən, Kipr bayrağı altında üzən “M/V GFS Galaxy” konteyner gəmisinə hücumuna cavab olaraq həyata keçirilib. Primeinfo.az xəbər verir ki, hücum nəticəsində mülki ekipaj üzvlərindən biri itkin düşüb, gəmidə yanğın baş verib və mühərrik bölməsinə ciddi ziyan dəydiyi üçün gəmi səfərini davam etdirə bilmir.

Əraqçidən Vaşinqtona sərt ittiham: "İran öhdəliklərini yerinə yetirir, ABŞ yox"

Əraqçidən Vaşinqtona sərt ittiham: "İran öhdəliklərini yerinə yetirir, ABŞ yox"

İran ilə ABŞ arasında beynəlxalq öhdəliklərin icrası ilə bağlı diplomatik gərginlik yenidən pik həddə çatıb. Primeinfo.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi özünün “X” sosial şəbəkə hesabında etdiyi kəskin paylaşımla rəsmi Vaşinqtonu imzalanmış müqavilələrin şərtlərini kobud şəkildə pozmaqda ittiham edib. İndiyə qədər Tehranın bütün vədlərinə tam əməl etdiyini deyən nazir, ABŞ-ın maliyyə nazirini Qarşılıqlı Anlaşma Memorandumunun 9-cu bəndini tamamilə heçə saymaqda təqsirləndirib.

CNN: Peyk görüntüləri İrandakı nüvə obyektlərində təmir işlərinin aparıldığını göstərir

CNN: Peyk görüntüləri İrandakı nüvə obyektlərində təmir işlərinin aparıldığını göstərir

Peyk görüntüləri İranda ABŞ zərbələri nəticəsində zədələnmiş bəzi nüvə obyektlərində təmir işlərinin aparıldığını göstərir. Primeinfo.az  xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinə istinadla məlumat yayıb. Məlumata görə, son həftələr ərzində bir neçə ərazidə bərpa işlərinin aparıldığına işarə edən əlamətlər müşahidə olunub.

ABŞ son iki gündə İranda 170-dən çox hərbi hədəfə zərbə endirib

ABŞ son iki gündə İranda 170-dən çox hərbi hədəfə zərbə endirib

ABŞ ordusu son iki gündə İranın Hörmüz boğazı yaxınlığındakı sahil bölgələrində yerləşən 170-dən çox hərbi hədəfə zərbələr endirib. Primeinfo.az xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb. Məlumata görə, zərbələr Hava Hücumundan Müdafiə sistemlərini, pilotsuz uçuş aparatları və raket anbarlarını, hərbi sürətli qayıqları, eləcə də logistika infrastrukturunu hədəf alıb.