ABŞ İrana qarşı yeni zərbə dalğasının başa çatdığını açıqlayıb. Primeinfo.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, 90 dəqiqə çəkən əməliyyatda İranın Böyük Tonb adasında yerləşən kruz raket anbarları, raket buraxılışı məntəqələri və müdafiə sistemləri dəqiqliklə hədəfə alınıb. “Zərbələr İranın Hörmüz boğazında ticarət gəmilərini hədəfə almaq qabiliyyətini daha da çox zəiflətdi”, – CENTCOM-dan bildirilib.
Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda son günlərdə İranda 260-dan çox insan yaralanıb. Primeinfo.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur sosial şəbəkələrdə məlumat verib. Onun sözlərinə görə, xəsarət alanlar arasında 3 qadın və 6 yetkinlik yaşına çatmayan şəxs var: “Təəssüf ki, ölənlərdən ikisi qadındır.
ABŞ-nin İranın İranşəhr bölgəsinə hücumlarında 7 hərbçi ölüb.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında təmasların davam etdiyini, lakin İran tərəfi danışıqlara qayıtmasa, Ağ Evin İslam Respublikasına zərbələr endirmək niyyətində olduğunu bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı və İranın sahil əraziləri yaxınlığında yerləşən onlarla hərbi hədəfə zərbələr endirərək İrana qarşı növbəti hərbi əməliyyatı başa çatdırıb.
İran neft satıb maliyyə əldə etmək üçün danışıqlara getmişdi. Lakin İran heç vaxt nüvə silahından imtina etməyəcək. Hətta mövcud rejim son nəfərinə qədər məhv olar, amma nüvə proqramından əl çəkməz…
“Mombasa” və “Əl-Bəhiyə” tankerləri Omanın ərazi sularında (Hörmüz boğazının cənub keçidində) İranın iki qanadlı raketi tərəfindən hücuma məruz qalıb. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi “X” hesabında məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində “Mombasa” tankerinin bir heyət üzvü – Hindistan vətəndaşı həyatını itirib.
“İran tamamilə kapitulyasiyaya getməyincə müharibəni dayandırmayacaqlar. Bunun üçün ABŞ-nin irəli sürdüyü iddialara əməl edilməlidir”.
Bu gecə ABŞ və İran arasında yenidən qarşılıqlı zərbələr həyata keçirilib.
ran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 4 ədəd “Fateh-110” raketinin buraxıldığını və onların İran ərazisini atəşə tutmağa hazırlaşdığı iddia edilən beş HIMARS qurğusunu hədəf aldığını açıqlayıb.