Pakistanın xarici işlər naziri İshaq Dar bazar günü iranlı həmkarı Abbas Əraqçi ilə danışıb. Primeinfo.az Pakistan mediasına istinadla xəbər verir ki, danışıq əsnasında Vaşinqton ilə Tehran arasında yeni düşmənçiliklər fonunda son regional inkişaflar müzakirə edilib. Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, İshaq Dar telefon danışığında tərəfləri iyun ayında imzalanan İslamabad Anlaşma Memorandumuna əməl etməyə, gərginliyi azaltmağa və təmkinli olmağa çağırıb.
İranın regionda həyata keçirdiyi son hərbi əməliyyatlar və hava zərbələri qonşu körfəz ölkələrinə də sıçrayıb, mülki şəxslər arasında xəsarət alanlar var. Primeinfo.az xəbər verir ki, Qətərin Daxili İşlər Nazirliyi ölkə ərazisinə düşən zərbələr və qəlpələr nəticəsində ilk rəsmi yaralıların olduğunu bəyan edib. Nazirliyin yaydığı rəsmi məlumata görə, İran ordusunun hücumları zamanı ətrafa səpələnən mərmi və raket qəlpələrinin isabət etməsi nəticəsində biri azyaşlı uşaq olmaqla, ümumilikdə üç mülki Qətər vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, Şərq vaxtı ilə saat 19:15-də ABŞ qüvvələri İrana qarşı bu həftə ərzində üçüncü zərbə dalğasına başlayıb. Bəyanata görə, əməliyyat İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hörmüz boğazından keçən, Kipr bayrağı altında üzən “M/V GFS Galaxy” konteyner gəmisinə hücumuna cavab olaraq həyata keçirilib. Primeinfo.az xəbər verir ki, hücum nəticəsində mülki ekipaj üzvlərindən biri itkin düşüb, gəmidə yanğın baş verib və mühərrik bölməsinə ciddi ziyan dəydiyi üçün gəmi səfərini davam etdirə bilmir.
İran ilə ABŞ arasında beynəlxalq öhdəliklərin icrası ilə bağlı diplomatik gərginlik yenidən pik həddə çatıb. Primeinfo.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi özünün “X” sosial şəbəkə hesabında etdiyi kəskin paylaşımla rəsmi Vaşinqtonu imzalanmış müqavilələrin şərtlərini kobud şəkildə pozmaqda ittiham edib. İndiyə qədər Tehranın bütün vədlərinə tam əməl etdiyini deyən nazir, ABŞ-ın maliyyə nazirini Qarşılıqlı Anlaşma Memorandumunun 9-cu bəndini tamamilə heçə saymaqda təqsirləndirib.
Peyk görüntüləri İranda ABŞ zərbələri nəticəsində zədələnmiş bəzi nüvə obyektlərində təmir işlərinin aparıldığını göstərir. Primeinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinə istinadla məlumat yayıb. Məlumata görə, son həftələr ərzində bir neçə ərazidə bərpa işlərinin aparıldığına işarə edən əlamətlər müşahidə olunub.
İsrail yaxın vaxtlarda ABŞ-a yeni kəşfiyyat məlumatı təqdim edib və bildirib ki, həmin məlumatlar İranın ABŞ Prezidenti Donald Trampa qarşı yeni sui-qəsd planını nəzərdən keçirdiyini göstərir.
ABŞ ordusu son iki gündə İranın Hörmüz boğazı yaxınlığındakı sahil bölgələrində yerləşən 170-dən çox hərbi hədəfə zərbələr endirib. Primeinfo.az xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb. Məlumata görə, zərbələr Hava Hücumundan Müdafiə sistemlərini, pilotsuz uçuş aparatları və raket anbarlarını, hərbi sürətli qayıqları, eləcə də logistika infrastrukturunu hədəf alıb.
ABŞ-ın İrana son bir neçə gün ərzində həyata keçirdiyi hücumlarında 14 nəfər ölüb, 78 nəfər xəsarət alıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. “Yaralılar arasında 47 nəfər hələ də xəstəxanadan evə buraxılmayıb.
Amerika hərbçiləri İrana təxminən 90 hədəfin vurulduğu növbəti zərbələr dalğasını başa çatdırıb.
“İranla bağlı 47 il əvvəl atılmalı olan addımları atırıq”. Primeinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NATO sammitindən sonra keçirdiyi mətbuat konfransında bildirib. “Venesuelaya, İrana baxanda görürsünüz ki, onların ordusu cəmi bir neçə həftə ərzində demək olar ki, məhv edildi.