Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ-İran münaqişəsi

Trampdan XƏBƏRDARLIQ: "İran bədəlini ödəyəcək"

Trampdan XƏBƏRDARLIQ: "İran bədəlini ödəyəcək"

İran özünə sərf edən razılaşma üzrə danışıqları həddindən artıq uzatdı, bunun hesabını ödəyəcəklər. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb. “Onlar özləri üçün çox sərfəli ola biləcək razılaşma üzrə danışıqları həddindən artıq uzatdılar, indi isə bunun hesabını ödəməli olacaqlar”, – Tramp bildirib.

ABŞ zərbə endirdi, İranda 20 min sakin susuz qaldı

ABŞ zərbə endirdi, İranda 20 min sakin susuz qaldı

İranın Hörmözqan əyalətinin 20 minə yaxın sakini ABŞ-nin su infrastrukturu obyektlərinə endirdiyi zərbələrdən sonra susuz qalıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə əyalətin su təchizatı və kanalizasiya şirkətinin baş direktoru Əbdülhəmid Həmzəpur bildirib. Onun sözlərinə görə, bir neçə saat əvvəl ABŞ-nin endirdiyi raket zərbəsi nəticəsində Bemani rayonunda iki strateji əhəmiyyətli su anbarı tamamilə məhv edilib.

Hakan Fidan: "ABŞ-İran danışıqlarında irəliləyiş müşahidə olunur"

Hakan Fidan: "ABŞ-İran danışıqlarında irəliləyiş müşahidə olunur"

Türkiyə ABŞ və İran arasında aparılan danışıqlarda irəliləyiş müşahidə olunduğunu açıqlayıb. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Nazirin sözlərinə görə, İran-ABŞ qarşıdurması təkcə regiona deyil, bütün dünyaya mənfi təsir göstərir.

Əraqçi: "İran ABŞ-ın İrana hücumlar üçün istifadə etdiyi bazalara zərbə endirir"

Əraqçi: "İran ABŞ-ın İrana hücumlar üçün istifadə etdiyi bazalara zərbə endirir"

İran Silahlı Qüvvələri yalnız ABŞ tərəfindən İran ərazisinə qarşı hücumlar üçün istifadə olunan obyektlərə cavab zərbələri endirir. Primeinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb. “Silahlı qüvvələrimiz özünümüdafiə çərçivəsində ABŞ-ın mülki gəmiçiliyə qarşı hücumlar və atəşkəs rejiminin pozulması üçün istifadə etdiyi obyektlərə zərbələr endirir”, – deyə Əraqçi bildirib.

SEPAH: "Cavab zərbələri ABŞ-a dərs olmalıdır"

SEPAH: "Cavab zərbələri ABŞ-a dərs olmalıdır"

ABŞ-a qarşı həyata keçirilən cavab zərbələri ona dərs olmalıdır. Primeinfo.az “Al Jazeera”ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb. Açıqlamada bildirilir ki, ötən gecə ABŞ ordusu Hörmüz boğazı yaxınlığında İran neft tankerinə hava zərbəsi endirib və nəticədə tankerin mühərrik bölməsi zədələnib.