Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

17.06.2026 21:52

ABŞ İranla imzalanacaq memorandumun mətnini İsrailə təqdim edib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla hazırlanan qarşılıqlı anlaşma memorandumunun mətnini İsrail tərəfinə təqdim edib.

Primeinfo.az xəbər verir ki, Tramp bunu Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu sazişin açıqlanması məqsədəuyğundur. Biz onun surətini İsrailə göndərmişik. Onlar bizim yaxşı tərəfdaşımızdır”, – deyə

O əlavə edib ki, İranla bazar günü əldə olunan razılaşma yaxın vaxtlarda imzalana bilər.

“Mümkündür ki, sabah, yaxud bir gün sonra imzalansın”, – deyə ABŞ Prezidenti qeyd edib.

Paylaş: