ABŞ ordusunun İrana endirdiyi hava zərbələri nəticəsində yaranan kütləvi tələfatın rəsmi miqyası açıqlanıb. Primeinfo.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur bombardmanlar nəticəsində həlak olanların və yaralananların dəqiq sayını ictimaiyyətə təqdim edib. Nazirlik rəsmisinin bəyanatına görə, hava hücumları nəticəsində 50 nəfər həyatını itirib, 500-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ-ın “Əl-Əzraq” aviabazasına raket və pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini açıqlayıb.
İran bu həftə İordaniyadakı ən azı iki hərbi bazaya hücum təşkil edib.
ABŞ ordusu İran ərazisinə növbəti zərbələri başa çatdırıb.
İran ABŞ-ın Omandakı hava və dəniz nəzarət radarlarına hücum edib. Primeinfo.az-ın xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. Məlumata görə, İrana hücumlara cavab əməliyyatlarının davamı olaraq bu gün səhər saatlarından etibarən SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ-ın Omanın Salama qayalarında yerləşən dəniz nəzarət radarını və Qanam bölgəsində hava nəzarət radarını hədəfə alaraq məhv edib.
ABŞ-ın İranın Bəndər-Xomeyni şəhərinə endirdiyi zərbələr nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb.
İran ABŞ-ın davam edən hücumlarına baxmayaraq, hazırda Vaşinqtonla danışıqlar aparmaq niyyətində olmadığını açıqlayıb və hər hansı hücuma tam güclə cavab veriləcəyini bildirib. Primeinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranda keçirilən mərasimdə deyib. “Hazırda danışıqlar aparmaq planımız yoxdur və diqqətimizi müdafiəyə yönəltmişik”,-deyə Bəqai bildirib.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı “Əl-Əzraq” və Küveytdəki “Əli əs-Salim” ABŞ bazalarına zərbələr endirib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbə dalğasının başa çatdığını açıqlayıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə komandanlığın “X” sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib. Qeyd olunub ki, ABŞ qüvvələri İranın komanda mərkəzlərinə, hava hücumundan müdafiə obyektlərinə, raket və pilotsuz sistemlərinə, eləcə də sahil müşahidə vasitələrinə zərbələr endirib.
İranın Henqam adasında partlayış səsi eşidilib. Primeinfo.az “Mehr”ə istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl ABŞ tərəfindən sözügedən adaya zərbələr endirilib. Partlayışın hansı obyektdə qeydə alındığı və nəticələri barədə məlumat veriləcəyi bildirilib.