Xəbər axtarın

Son axtarış nəticələri:

SEPAH ABŞ bazalarına zərbələr endirib - VİDEO

16.07.2026 10:46

SEPAH ABŞ bazalarına zərbələr endirib - VİDEO

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı “Əl-Əzraq” və Küveytdəki “Əli əs-Salim” ABŞ bazalarına zərbələr endirib.

Primeinfo.az xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

Məlumata əsasən, İordaniyadakı aviabazada ABŞ Silahlı Qüvvələrinin rabitə sistemləri və yanacaq anbarları vurulub. Küveytdə isə “C-RAM” sisteminə aid radar stansiyaları zərbələrə məruz qalıb.

Daha əvvəl CENTCOM Amerika ordusunun İranın komanda mərkəzlərinə və hava hücumundan müdafiə obyektlərinə, eləcə də Bəndər-Abbas liman şəhərinə zərbələr endirdiyini açıqlamışdı.

Məlumatlar İran tərəfindən açıqlanıb. ABŞ və Küveyt, eləcə də İordaniya rəsmiləri hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyiblər.

Paylaş: