
ABŞ-ın İranın Bəndər-Xomeyni şəhərinə endirdiyi zərbələr nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb.
Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
Hadisə yerində xilasedicilər və tibb işçiləri yaralılara yardım göstərirlər.
Bəndər-Abbas və Lars şəhərləri arasında nəqliyyatın hərəkəti məhdudiyyətlərlə bərpa olunub.
Sürücülərə mümkün qədər bu marşrutdan istifadə etməmək tövsiyə edilib.
01:02
ABŞ-ın İranın Bəndər-Abbas şəhərindəki yaşayış məhəlləsinə endirdiyi zərbə nəticəsində bir nəfər həlak olub, 8 nəfər yaralanıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, hücum şəhərin Allahu Əkbər təpəsi adlanan yaşayış məhəlləsinə həyata keçirilib.
Yaralılardan 7-si partlayış dalğasının təsirindən xəsarət alıb, bir nəfərdə isə sınıq qeydə alınıb. Hücum nəticəsində bir nəfər həyatını itirib.
“Tasnim”, həmçinin ABŞ-ın Bəndər-Abbas və Şiraz şəhərlərini birləşdirən, mühüm nəqliyyat qovşaqlarından hesab olunan körpünü də hədəfə aldığını qeyd edib.