Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ-İran münaqişəsi

İran mətbuatı: ABŞ Əhvaz, Ramşir və Sirik şəhərlərinə zərbələr ENDİRİB - VİDEO

İran mətbuatı: ABŞ Əhvaz, Ramşir və Sirik şəhərlərinə zərbələr ENDİRİB - VİDEO

ABŞ ordusunun İranın Hörmüz boğazı yaxınlığında yerləşən Hörmüzqan vilayətinin Sirik şəhərinə və İraq sərhədinə yaxın Xuzistan vilayətindəki Əhvaz şəhərinə hücum həyata keçirdiyi bildirilir. Primeinfo.az xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, ABŞ tərəfindən Əhvaz, Ramşir və Sirik şəhərləri hədəf alınıb. Xuzistan Valiliyi Əhvaz şəhərinin bəzi nöqtələrinə ABŞ tərəfindən raket zərbələri endirildiyini açıqlayıb.

Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA

Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA

Memorandumun təsirsiz qalmasının səbəbi ABŞ-ın əsas öhdəlikləri pozması olub. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi İRNA-da dərc edilən İslamabad memorandumunun mövcud vəziyyəti və gələcəyi ilə bağlı geniş təhlildə əksini tapıb. İRNA məqalənin əvvəlində İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin və xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadinin ABŞ-ın İrana qarşı hücumları yenidən başlamasını İslamabad memorandumunu parça-parça etmək və dağıtmaq kimi qiymətləndirdiyini qeyd edib.

İranla münaqişədə 500-dən çox ABŞ hərbçisi yaralanıb

İranla münaqişədə 500-dən çox ABŞ hərbçisi yaralanıb

ABŞ-nin İrana qarşı hərbi əməliyyatları zamanı yaralanan amerikalı hərbçilərin sayı 500-ü ötüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumatlı mənbəyə istinadla bildirib. Agentliyin məlumatına görə, yaralıların sayı Pentaqonun açıqladığı rəsmi statistikadan yüksəkdir.

ABŞ-nin mövqeləri zəifləyir - SENSASİON açıqlama - VİDEO

ABŞ-nin mövqeləri zəifləyir - SENSASİON açıqlama - VİDEO

“ABŞ-İran arasında şiddətli müharibə gedir. Hər iki tərəf bir-birinin gücünü, nüfuzunu azaldır. Eyni zamanda, ABŞ-nin bölgədə mövqeləri getdikcə zəifləyir. Daha dəqiq desək, bölgədəki bazalarını, mövqelərini qoruya bilmir”.