“Rusiya hakimiyyəti müharibənin davamını istəyir, təki yaranan problemləri həll etməsin, lakin bu, çıxış yolu deyil. Ona görə də mən inanmıram ki, bu durumda Rusiya Çinə diqtə edə bilsin. Tramp Alyaskada Rusiyaya ciddi bir layihə təklif etmişdi. Lakin Kremlin buna cürəti çatmadı”.
Çin Xalq Respublikasının Sədri Si Cinpinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə virtual görüşü olub. Primeinfo.az xəbər verir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb. Görüşün detalları barədə daha sonra açıqlama veriləcək.
“Trampdan tələb olunan budur ki, neftlə əlaqəli bölgələrə, xüsusən də, dünya iqtisadiyyatına vurulan zərəri və yaxud əmələ gələn təlatümləri önləmək üçün İrandakı rejimə nəzarət həyata keçirilməlidir”. Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində siyasətçi Qələndər Muxtarlı deyib. O, Çin və İran arasında 2021-ci ildə imzalanmış 25 illik strateji əməkdaşlıq müqaviləsini xatırladıb.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər çərçivəsində növbəti görüşlərini Honq Konq şəhərində keçirib. Primeinfo.az xəbər verir ki, “Octopus Holdings Limited” şirkətində baş tutan ilk görüşdə şirkətin baş icraçı direktoru Tim Yinq və Nəqliyyat biznesi üzrə rəhbəri Nora Tanq iştirak ediblər. İşgüzar müzakirələr zamanı “Octopus” sisteminin ictimai nəqliyyatda tətbiqi, sərnişin rahatlığını artıran texnoloji həllər, eləcə də şəhər miqyasında inteqrasiya olunmuş ödəniş modelləri barədə ətraflı məlumat verilib.
“İranda hakimiyyət dəyişilsə də, Çin o hakimiyyətlə işləmək istəməyəcək. Ona görə də Çin İranın vurulmasına, blokadaya alınmasına indiyə qədər ciddi reaksiya verməyib. Çin İranı heç vaxt dəstəkləməyəcək”.
Pekində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında geniştərkibli görüş keçirilib.
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər edib. Primeinfo.az xəbər verir ki, metropolitendə modernləşdirmə və strateji inkişaf, o cümlədən beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Pekin şəhərində bir sıra görüşlər keçirib. Dünyanın aparıcı siqnalizasiya sistemləri istehsalçılarından olan CRSC (China Railway Signal & Communication) şirkəti ilə keçirilən görüşdə metro xətlərində tətbiq edilən ən son rəqəmsal işarəvermə texnologiyaları, hərəkətin təhlükəsizliyini artıran innovativ həllər və bu istiqamətdə şirkətin uğurla icra etdiyi layihələr müzakirə olunub.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çinə gedəcək.
ABŞ Prezidenti Donald Tramp “TikTok”un Amerika bölməsinin “Oracle” və “Silver Lake” şirkətləri rəhbərliyindəki investor konsorsiumu tərəfindən alınması barədə sazişin bağlandığını təsdiqləyib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat verib. Trampın sözlərinə görə, “TikTok” ona prezident seçkilərində “gənc seçici elektoratı arasında bu qədər uğur qazanmasına” çox kömək edib.
Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxt”la (3:2) matçda qələbə qolunu vuran “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə klubdan ayrıla bilər. Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, müdafiəçinin Çin klubundan təklif aldığı barədə xəbərlər səngimək bilmir. Hətta futbolçunun özünün asiyalılarla anlaşdığı deyilir.