Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Çin

Monqolustanda güclü zəlzələ baş verdi, Çində də hiss olundu

Monqolustanda güclü zəlzələ baş verdi, Çində də hiss olundu

Monqolustanda 6.0 maqnitudalı zəlzələ qeydə alınıb. Primeinfo.az bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası Çin Seysmoloji Mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir. Mütəxəssislərin məlumatına əsasən, zəlzələ ocağı 15 km dərinlikdə yerləşib.

Çin vətəndaşlarını İrandan çıxmağa çağırdı

Çin vətəndaşlarını İrandan çıxmağa çağırdı

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İran ərazisini tərk etməyi və ya daha təhlükəsiz bölgələrə köçməyi tövsiyə edib. Primeinfo.az xəbər verir ki, rəsmi Pekin bölgədəki vəziyyəti “mürəkkəb və qeyri-sabit” kimi qiymətləndirərək, vətəndaşlarına təcili tədbir görməyi məsləhət görüb. Bununla yanaşı, Çin vətəndaşlarına İrana səfərlərdən tam şəkildə çəkinmək tövsiyə olunub.

Tramp Çindən İrana silah verməməsini XAHİŞ EDİB

Tramp Çindən İrana silah verməməsini XAHİŞ EDİB

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinə məktub yazaraq ondan İrana silah verməməsini xahiş edib. Primeinfo.az xəbər verir ki, Tramp “Fox Business”ə müsahibəsində Çin Xalq Respublikasının Sədrinə məktub yazdığını və Si Cinpindən İrana silah verməməsini xahiş etdiyini bildirib. “O, mənə məktub yazdı və əlbəttə ki, bunu etmədiyini dedi”, – Tramp əlavə edib.

Rəsmi Pekin: "Çinin İrana hərbi yardımı ilə bağlı xəbər UYDURMADIR"

Rəsmi Pekin: "Çinin İrana hərbi yardımı ilə bağlı xəbər UYDURMADIR"

Rəsmi Pekin Çinin İrana hərbi yardım göstərməsi ilə bağlı ünvanına səsləndirilən ittihamlara münasibət bildirib. Primeinfo.az-ın xəbərinə görə, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Jian “X”-də yazıb ki, mediada Pekinin İrana hərbi dəstək göstərdiyinə dair yayılan xəbərlər tamamilə uydurmadır. O, eyni zamanda, Pekinin Vaşinqtonun addımlarına qarşı cavab tədbirləri görə biləcəyi barədə xəbərdarlıq edib: “Əgər ABŞ bu ittihamlara əsaslanaraq Çinə qarşı tarifləri artırsa, Çin buna əks tədbirlərlə cavab verəcək”.

Baş prokuror Kamran Əliyev Çinə gedib - FOTO

Baş prokuror Kamran Əliyev Çinə gedib - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun dəvətilə Şanxay şəhərinə işgüzar səfərə gedib. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Səfər çərçivəsində Baş prokurorla Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında ikitərəfli görüş keçirilib.

Dünyada yeni silahlanma yarışı: Rusiya bu sahədə ABŞ-ı geridə qoyur

Dünyada yeni silahlanma yarışı: Rusiya bu sahədə ABŞ-ı geridə qoyur

Dünyada süni intellekt (Sİ) əsaslı silahlanma yarışı başlayıb və bu proses miqyasına görə nüvə silahı uğrunda mübarizə ilə müqayisə edilir. Primeinfo.az Musavat.com xəbər verir ki, “The New York Times” nəşrinin dərc etdiyi məlumata görə, ABŞ, Çin və Rusiya döyüş meydanında müstəqil qərar vermə qabiliyyətinə malik avtonom dronlar və sistemlər üzərində aktiv iş aparırlar. Müasir texnologiyaların hərbi sahəyə tətbiqi istiqamətində gedən bu rəqabətə artıq Avropa ölkələri, Hindistan, İsrail və digər dövlətlər də qoşulub.