Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Çin

Həyəcan siqnalı verən Rusiya təyyarəsi Çində təcili enişə hazırlaşır

Həyəcan siqnalı verən “Azur Air” aviaşirkətinə məxsus Boeing 757 təyyarəsi Çinin Lançjou hava limanında təcili eniş etməyə hazırlaşır. Primeinfo.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir. Məlumata görə, göyərtəsində 238 sərnişin olan təyyarə dörd saat əvvəl Tailanddan havaya qalxıb.

Çindən Azərbaycana yükdaşıma marşrutu açıldı

Çinin şimalındakı Tiencin bələdiyyəsindən Azərbaycanın paytaxtı Bakıya Xəzər dənizi üzərindən ilk Çin-Orta Asiya yük qatarı yola salınıb. Primeinfo.az xəbər verir ki, qatar paslanmayan polad borular və məişət texnikası da daxil olmaqla, müxtəlif mallar daşıyır. “China Railway Beijing Group” tərəfindən idarə olunan qatar Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Bölgəsindəki Horqos sərhəd-keçid məntəqəsindən ölkəni tərk edərək, Qazaxıstan ərazisindən keçəcək, daha sonra isə Xəzər dənizi üzərindən Bakıya çatdırılacaq.

"İran Çinin neft çəlləyidir" - RƏY - VİDEO

“Çinin sənayesini çökdürmək üçün neft çəlləyini partlatmaq lazımdır. Necə ki, Ukrayna Rusiyaya qarşı bunu edir, ABŞ də Çinin neft çəlləyini partlatmaq istəyir. Bunun da yolu İranı vurmaqdır”.

G7 nadir torpaq mineralları üçün Çindən asılılığı azaltmağı razılaşdırıb

Böyük yeddilik ölkələri nadir torpaq mineralları üzrə Çindən asılılığı azaltmaq barədə razılığa gəliblər. Primeinfo.az xəbər verir ki, Kyodo xəbər agentliyinin məlumatına görə, bu barədə Yaponiyanın maliyyə naziri Satsuki Katayama G7 maliyyə nazirlərinin danışıqlarından sonra açıqlama verib. Bildirilib ki, Katayama, həmçinin Çinin Yaponiyaya ikili təyinatlı malların ixracına tətbiq etdiyi embarqo ilə bağlı Tokionun mövqeyini həmkarlarına çatdırıb.

Çin, Rusiya və İran birgə dəniz təlimlərinə başlayıb

Çin, İran və Rusiya Cənubi Afrika Respublikasının sularında hərbi təlimlərə başlayıb. Primeinfo.az ”Reuters“ə istinadən xəbər verir ki, “BRİCS Plus” adlandırılan təlimlər tranzit yollarının və dəniz ticarətinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır.

Çin lideri İlham Əliyevi təbrik edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb - BİRGƏ MƏLUMAT - FOTO

Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı birgə məlumatda qeyd olunub. Bildirilib ki, tərkibində kadmium və qurğuşun olan məhsulların 6 ədədi “Sevinc Mall” Ticarət Mərkəzində yerləşən “Sinsay” mağazasına göndərilib: “Sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib.

Makronun Çinə üçgünlük səfəri başlayıb

Fransa Prezidenti Emmanuel Makronun Çinə üçgünlük dövlət səfəri başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “TV5Monde” məlumat yayıb. Dekabrın 4-də Fransa prezidentinin Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü nəzərdə tutulub.