Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Çin

Alimlər “universal” böyrək yaradıblar

Onillik araşdırmalardan sonra alimlər orqan transplantasiyasında böyük irəliləyişə nail olublar. Kanada və Çin tədqiqatçılarından ibarət qrup nəzəri olaraq hər bir insana köçürülə bilən “universal” böyrək hazırlayıb. Primeinfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, alimlər xüsusi fermentlərdən istifadə edərək A tipli böyrəyi O tipli böyrəyə çevirməyi bacarıblar.

Prezident İlham Əliyev Si Cinpinə məktub ünvanlayıb

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Sədr, Çin Xalq Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizin liderliyiniz sayəsində iqtisadi, sənaye, hərbi, yüksək texnologiyalar, innovasiya, elm və digər bütün sahələrdə mühüm nailiyyətlər əldə edən Çin dünyanın ən qabaqcıl ölkələri sırasında qərarlaşmış, beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmişdir.