Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: fhn

Bakıda məşhur şadlıq evinin fəaliyyəti dayandırıldı - VİDEO

Bakıda yanğın təhlükəli şadlıq evinin fəaliyyəti dayandırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətnuat xidmətindən bildirilib. Məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Binəqədidə partlayışda xəsarət alanların son durumu açıqlandı

Bakının Binəqədi rayonunda obyektdə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb. Nərimanov Tibb Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, dünən saat 15:30 radələrində Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 3 nəfərdən (kişi) 2-nin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. “Vəziyyəti ağır olan pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”, – məlumatda deyilir.

Sumqayıtda bu sexin fəaliyyəti dayandırıldı - VİDEO

Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb. Primeinfo.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən, Sadıqov Cəlil Alim oğluna məxsus oksigen balonlarının doldurulması sexində yoxlama keçirilib.

FHN hava ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi havaların soyuması ilə əlaqədar əhaliyə müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Qış fəslinin gəlişi və havaların soyuması ilə elektrik və qaz qızdırıcı cihazlarına olan tələbat xeyli artır. Belə olan halda məişətdə elektrik və qaz təsərrüfatlarında olan nasazlıqlar, o cümlədən qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, ehtiyatsızlıq və nəzarətsizlik yanğın və ya partlayışa səbəb ola bilər.

Kəmaləddin Heydərov rəisi işdən çıxardı – Yeni təyinatlar

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant Əlfağa Ağayev vəzifəsindən azad edilib. Primeinfo.az Qaynarinfo-ya istinadən məlumat verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə Əlfağa Ağayev Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə şöbəsinin rəisi təyin olunub.

Bakıda restoranda yanğın olub - VİDEO

Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində restoranda yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.