Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Fövqəladə Hallar Nazirliyi (FHN)

FHN küləkli hava ilə əlaqədar əhaliyə MÜRACİƏT

FHN küləkli hava ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Primeinfo.az FHN-ə istinadən xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

FHN: 136 yanğına çıxış olub, 9 meyit aşkarlanıb - VİDEO

FHN: 136 yanğına çıxış olub, 9 meyit aşkarlanıb - VİDEO

Ötən həftə 136 yanğına çıxış olub. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, ötən həftə ərzində 136 yanğına çıxış, 38 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Yasamalda qəza: "Shacman"la "Mercedes Sprinter" toqquşdu - VİDEO

Yasamalda qəza: "Shacman"la "Mercedes Sprinter" toqquşdu - VİDEO

Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb. Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Yasamal rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən küləkli və qeyri-sabit hava ilə əlaqədar XƏBƏRDARLIQ

FHN-dən küləkli və qeyri-sabit hava ilə əlaqədar XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyinin bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Bakıda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - FOTO

Bakıda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - FOTO

Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda ağır avtomobil qəzası baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.

172 yanğına çıxış olub, 9 nəfərin meyiti tapılıb - VİDEO

172 yanğına çıxış olub, 9 nəfərin meyiti tapılıb - VİDEO

  Azərbaycanın Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 172 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Füzulidə ağır avtomobil qəzası olub, iki nəfər ölüb

Füzulidə ağır avtomobil qəzası olub, iki nəfər ölüb

Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd edilib ki, nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub.

Bakıda şadlıq sarayı bağlandı - VİDEO

Bakıda şadlıq sarayı bağlandı - VİDEO

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında fəaliyyət göstərən “Səbinə” şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanqlarla təmin edilməyib, obyektdə yanğın su hovuzu mövcud deyil, təxliyə planı tərtib edilməyib.

FHN Bakıda minik avtomobilinin tam yanmasının qarşısını alıb - VİDEO

FHN Bakıda minik avtomobilinin tam yanmasının qarşısını alıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.