Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda bəzi bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, hazırda ayrı-ayrı rayonlarda qeyri-sabit və yağıntılı hava müşahidə olunur, bəzi dağ çaylarından sel keçir.
Sexdə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. *** 12:36 Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsindəki sexdə yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Qəbələ rayonunun Nic qəsəbəsində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsində təhlükəli pozuntular aşkarlanıb, istismarı dayandırılıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, fərdi sahibkar Sərdar Rəhbər oğlu Mehdiyevə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıb. Nəticədə məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Bu gün səhər saatlarından Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarda yanğın başlayıb.
Ötən həftə 139 yanğına çıxış olub. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 139 yanğına çıxış, 24 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən elektrik stansiyası ərazisində güclü yanğın baş verib. Primeinfo.az xəbər verir ki, hadisə nəticəsində stansiya ərazisində yerləşən transformator alovlara bürünüb. Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunublar.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Primeinfo.az FHN-ə istinadən xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 7-nə kimi ayrı-ayrı rayonlarda intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 127 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Bu barədə Primeinfo.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. Bidirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasının həyətində yanğın baş verib.