Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Fövqəladə Hallar Nazirliyi (FHN)

Bakıxanovda yaşayış binasında YANĞIN - YENİLƏNİB

Bakıxanovda yaşayış binasında YANĞIN - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə. məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Binəqədidə kranda köməksiz qalan şəxs xilas edilib - VİDEO

Binəqədidə kranda köməksiz qalan şəxs xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində vətəndaşın kranda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın tikilməkdə olan binanın ərazisində fəaliyyət göstərən hündürlüyü təxminən 50 metr olan qülləli kranın kabinasında səhhətinin pisləşməsi səbəbindən köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Keşlədə obyektdə yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Keşlədə obyektdə yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Primeinfo.az verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Maştağada baş verən yanğın məhdudlaşdırılıb - FOTO - VİDEO - YENİLƏNİB

Maştağada baş verən yanğın məhdudlaşdırılıb - FOTO - VİDEO - YENİLƏNİB

  Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Qurumdan Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğın qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən küləkli və yağıntılı hava ilə əlaqədar MÜRACİƏT

FHN-dən küləkli və yağıntılı hava ilə əlaqədar MÜRACİƏT

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sabah gündüzədək bəzi ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Primeinfo.az xəbər verir ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

FHN: Bayram günlərində 4 nəfərin meyiti tapılıb - VİDEO

FHN: Bayram günlərində 4 nəfərin meyiti tapılıb - VİDEO

Ötən həftə 221 yanğına çıxış olub. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlik vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

Oğuzda ağır qəzadan sonra sürücü belə xilas edildi - ANBAAN GÖRÜNTÜLƏR

Oğuzda ağır qəzadan sonra sürücü belə xilas edildi - ANBAAN GÖRÜNTÜLƏR

Oğuz rayonu, Bayan kəndində yol-nəqliyyat hadisəsi zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücünün xilasetmə görüntüləri ortaya çıxıb. Primeinfo.az xəbər verir ki, sözügedən kadrları Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.

FHN hava ilə bağlı əhaliyə müraciət edib

FHN hava ilə bağlı əhaliyə müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. FHN qeyd olunanları nəzərə alaraq, müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb.

Bayram günlərində fövqəladə hadisələrə çevik reaksiya veriləcək - FHN

Bayram günlərində fövqəladə hadisələrə çevik reaksiya veriləcək - FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Primeinfo.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Qurban bayramı və 28 May – Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.