Xəbər axtarın

Son axtarış nəticələri:

Coratda 2 nəfər dənizdə batdı - Biri qadındır

03.07.2026 18:15

Coratda 2 nəfər dənizdə batdı - Biri qadındır

Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfər batıb.

Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Murad Azad oğlu Yarıyev xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş: