Xəbər axtarın

Son axtarış nəticələri:

Mərdəkanda dənizdə batan 16 yaşlı oğlanın axtarışına başlanılıb - FHN

07.07.2026 12:49

Mərdəkanda dənizdə batan 16 yaşlı oğlanın axtarışına başlanılıb - FHN

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb.

Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Hazırda 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir.

Paylaş: